Bədrə qəzası (ərəbcə: قضاء بدرة) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi.ديوان محافظة واسط : عن واسط Qəzanın inzibati mərkəzi Bədrə şəhəridir.

Ərazisi 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 3.650 km² ərazini əhatə edir.Iraq population statistics in GeoHive Global Statistics . United States of America, Arizona, Phoenix.

İnzibati-ərazi bölgüsü İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Bədrənahiyyəsi (ərəbcə: ناحية بدرة)مركز قضاء بدرة, Сasuən nahiyyəsi (ərəbcə: ناحية جصان) və Zəhəb nahiyyəsi (ərəbcə: ناحية الذهب).

Əhalisi 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 20.601 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Bədrə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 2,26%-ni təşkil edirdi.

Etnik tərkibi Qəza əhalisi əsasən türkmanlar olsa da burada həm də az sayda ərəblər və kürdlər da məskunlaşıblar. Türkmanlar qəzanın inzibati mərkəzi Bədrə şəhərində yaşayırlar və şəhərdə əhalinin əksəriyyətini təşkil edirlər. Qəzadakı türkmanların əksəriyyəti Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdur.Zaman Gazetesi : Arşivinden—>Türkmen aşiretleri Türkçeyi kurslarda yeniden öğrenecek <—haberi; haberin yayınlanma tarihi: 28.11.2003, yazar: Ahmet Dinç / Bağdat

İstinadlar

Kateqoriya:İraqın qəzaları