İkike zəlzələsi və ya Çili zəlzələsi — Çilinin şimal sahillərində 8,2 bal gücündə baş vermiş zəlzələ.
Zəlzələ 1 aprel 2014-cü ildə yerli saatla 20.46-da, liman şəhəri olan İkikenin 99 kilometr şimal qərbində baş verib. Zəlzələ 2 metrlik sunami dalğaları yaradıb. Zəlzələdən sonra sahil qəsəbələri boşaldılıb. Zəlzələdən sonra şəhərdəki həbsxanalardan birindən 300 məhbus qadın qaçıb.
Zəlzələ dənizin 10 kilometr dərinliyində olub. İlk dalğalar 45 dəqiqə ərzində Çilinin Şimal sahillərinə çatıb. Peru, Ekvador, Kolumbiya, Panama, Kosta Rika və Nikaraqua sahilləri isə təhlükə altındadır.
İstinadlar
Kateqoriya:Çilidə zəlzələlər Kateqoriya:1 apreldəki hadisələr Kateqoriya:2014-cü ildəki hadisələr Kateqoriya:2014-cü ildə Çili