Acıbac (, qədim adıyla: Acaran, Acarac) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən Nor Astğaberd kənd icmasına daxil olan kiçik dağ kəndi.
1930–1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil olan kənd Qafan şəhərindən 33 km şimal-qərbdə, Qazangölçayın sahilində, dəniz səviyyəsindən 1929 m yüksəklikdə, Zəngəzur dağlarının ətəyində, Qazangöldən 12 km məsafədə yerləşir.
Tarixi Acıbac kəndi tarixən türk kəndi olub, Sofulu tayfasının qışlaqlarından biri kimi XVI yüzillikdə salınmışdır. 1918-ci ildə Andranik Ozanyanın ordusu kəndi dağıtmış, əhalini qırmış, sağ qalanlar dağlarla Ordubada qaçmışlar. Həmin dövrdə Acıbac kəndinin XVII yüzilliyə aid müsəlman-türk memarlıq üslubunda tikilmiş Tağlı məscidi yandırılıb, dağıdılmışdır. 1922-ci ildən sonra qaçqın əhali yenidən öz doğma kəndinə qayıtmış, təsərrüfatı bərpa etmişdir. 1931-ci ildə Acıbac kəndində kolxoz qurulmuş, lakin kolxoz bir neçə dəfə qonşu Pəyhan kolxozuna birləşdirilmiş və nəhayət, 1965-ci ildə Gığı sovxozunun tərkibinə qatılmışdır.Musa Urud: "Zəngəzur", Bakı, "Nurlar", 2005. səh. 313–314
Acıbac kəndində ilk ibtidai məktəb 1930-cu ildə yaradılmış, 1988-ci ilə kimi isə 8 illik məktəb şəklində fəaliyyət göstərmişdir. 1937–39-cu illərdə kənddən ona yaxın adam heç bir günahı olmadan repressiyaya məruz qalmışdır. Acıbac kəndindən 38 nəfər İkinci dünya müharibəsində iştirak etmiş, onlardan 17 nəfəri geriyə qayıtmamışdır.
Etimologiyası Osmanlı İmperiyasının 1593-cü ildə tərtib etdiyi "Urud və İskəndər qalası livalarının müfəssəl dəftəri"ndə kəndin adı "Acbacı" şəklində göstərilmişdir. Xalq etimologiyası ilə "acı bacı" kimi izah edilir.
Əhalisi 1886-cı ilin statistik məlumatlarına görə kənddə 202 nəfər azərbaycanlı yaşamışdır.
1988-ci il deportasiyasına kimi kənddə bütünlüklə azərbaycanlılar yaşasa da, kənd əhalisinin kəndlərindən çıxarılmasından sonra kəndə ermənilər köçməyə başlamışlar.
Ermənistan Respublikası Statistika Xidmətinin 2001-ci ilin yekun rəsmi statistikasına görə kənddə 30 nəfər yaşayır.
Kəndin toponimləri Toxmaq Maralölən çeşməsi Çobanöldürən bulaq Baldırqanlı bulaq Əbədərə Qarayataq Məmmədlər İlbənd Dəf Daşkörpü Motalqaya Sarıyurd
Xarici keçidlər Wikimapia.org: Acıbac (Ajabaj)
İstinadlar
Kateqoriya:Qafan rayonunun kəndləri