Akif Nurağa oğlu Abbasov () — Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi, Xəzər Universitetində FD 2.49 Müdafiə Şurasının üzvü, Şura yanında Təhsilin təşkili və planlaşdırılması (5802.01) ixtisası üzrə elmi seminarın sədri, Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının pedaqogika üzrə elmi şurasının üzvü, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, pedaqoji elmlər doktoru.
Həyatı 28 may 1950-ci ildə Əli Bayramlı (hazırda Şirvan) şəhərində müəllim ailəsində anadan olmuşdur. 1 sentyabr 1957-ci ildə şəhər 1 nömrəli məktəbin birinci sinfinə getmiş, 1 sentyabr 1960-cı ildən təhsilini N. Nərimanov adına 2 nömrəli məktəbdə davam etdirmiş və 1967-ci ildə məzun olmuşdur.
1968–1973-cü illər M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun (hazırda Azərbaycan Dillər Universiteti) ingilis-Azərbaycan dilləri fakültəsində; 1971–1973-cü illər həmin institutun nəzdindəki xarici dilləri öyrənən ikiillik kursun ərəb dili şöbəsində təhsil almışdır. Təyinat əsasında Sabirabad rayonunun Şıxsalahlı və Qaragünə kənd orta məktəblərində ingilis dili müəllimi işləmişdir (1973–1975).1975-cildə müsabiqə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) tərbiyənin ümumi problemləri şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuş, sonralar elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir (1975–2001).Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016. — səh. 140. 2001-ci ildən həmin institutun elmi katibidir.
28 may 1987-ci ildə "VIII-X sinif şagirdlərinin hüquq tərbiyəsində məktəb, ailə və ictimaiyyətin əlbir işi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 04 aprel 1995-ci ildə respublika Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 13 yanvar 1995-ci il tarixli qərarı və akad. A. X. Mirzəcanzadənin 01 fevral 1995-ci il tarixli, 25 №-li əmri ilə yaradılmış B/D 0954.01–06 ixtisaslaşdırılmış müdafiə şurasında "Məktəbliləri ailə həyatına hazırlamağın nəzəriyyəsi və təcrübəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Tədqiqatları təlim və tərbiyə prosesinin optimallaşdırılmasına, didaktikanın müasir problemlərinə və s.-ə həsr olunmuşdur. Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (indiki Bakı Qızlar Universiteti) elmi işlər üzrə prorektor olmuşdur (1992–1998). Azərbaycan, rus və ingilis dillərində nəşr edilən "Təhsil, mədəniyyət, incəsənət" elmi-nəzəri və metodik jurnalın redaktoru olmuşdur (2000–2006). Hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutunun "Elmi əsərlər"inin baş redaktoru, Bakı Qızlar Universitetinin "Elmi əsərlər"inin redaktorudur.
Ədəbi-pedaqoji fəaliyyətə 1966-cı ildən, Əli Bayramlı şəhərində çıxan "İşıq" qəzetində başlamış, dövri mətbuatda bədii və elmi-kütləvi əsərlərlə çıxış etmişdir. Rus və ingilis dillərindən tərcümələri "Dünya", "Bağban" almanaxlarında, müxtəlif qəzet və jurnallarda çap edilmiş, kitab və kitabçalar kimi işıq üzü görmüşdür. Ümumtəhsil, orta ixtisas və ali məktəblər, eyni zamanda xüsusi məktəblər üçün 15-dən artıq dərslik və dərs vəsaitinin, həmçinin bir sıra fənn proqramının və elmi-metodik əsərlərin müəllifidir.
Rus dilindən azərbaycancaya tərcümə etdiyi birpərdəli pyeslər — M. Bayciyev. Duel(1 sentyabr 1980 (saat 22.30)), Z. Çernışeva. Buzda ehtiyatlı ol(1 dekabr 1980 (saat 22.30)), Q. Kuntsev. İstəkli adamlar üçün hədiyyə(2 fevral 1981 (saat 22.30)), Y. Obuxov. Nənə gələndə(7 fevral 1983), V. Kojevnikov. Səhra(3 yanvar 1983), Y. Ziskind. Uğurlu skamya(4 fevral 1985) respublika radiosunun "Firuzə" tələbə teatrında səslənmişdir. 1986-cı ildə tərcümə etdiyi "Andro və Sandro" pyesi(müəllif: Georgi Xuqayev) 1987-ci ildə respublika radiosunun "Ədəbi-dram verilişləri" redaksiyasında səsləndirilmişdir. Radiotamaşanın rejissoru Həsən Əbluc olmuşdur. Tamaşanı tanınmış Azərbaycan aktyorları səsləndirmişdilər.
Ailəsi Ailəlidir, iki övladı, iki nəvəsi var.
Fəaliyyəti 1967–1968 — Əli Bayramlı (Şirvan) şəhərində çıxan "İşıq" qəzeti redaksiyasında müxbir; 16 avqust 1973 – 8 aprel 1975 — təyinatla Sabirabad rayonunun Şıxsalahlı və Qaragüney kənd məktəblərində ingilis dili müəllimi; 9 aprel 1975-ci il – müsabiqə yolu ilə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (hazırda Təhsil İnstitutu) tərbiyənin ümumi problemləri şöbəsinə kiçik elmi işçi; 8 avqust 1977-ci il – 6 aprel 1988-ci il — Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi; 1985–1987 — Bakı şəhəri Səbail rayonu xalq məhkəməsində xalq iclasçısı; 1986–1987 — Respublika televiziyasında akademik Hüseyn Əhmədovla birlikdə "Ailə həyatının etika və psixologiyası" verilişində teleaparıcı; 30 noyabr 1987 — "Vospitaniye şkolnikov" (Moskva) jurnalının Azərbaycan Respublikası üzrə müxbir postunun üzvü. 6 aprel 1988 – 3 yanvar 1994 — Azərbaycan ETPEİ-nin Tərbiyənin ümumi problemləri şöbəsinin baş elmi işçisi; 1992–1998 — Azərbaycan ETPEİ-də baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışmaqla yanaşı, Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar Universiteti) elmi işlər və tərbiyə işləri üzrə prorektor; 3 yanvar 1994 – 18 sentyabr 2000 — Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu ali və orta ixtisas təhsili şöbəsinin müdiri; 1996–1998 — respublika televiziyasında "Maraq dünyası" verilişində münsiflər heyətinin sədri; 1996-cı ildən hazırda "Humanitar elmlərin öyrənilməsinin aktual problemləri" adlı ali məktəblərarası elmi-tematik məcmuənin redaksiya heyətinin üzvü; 1997–1999 — Azərbaycan ETPEİ-də fəaliyyət göstərən 13.00.01 – pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə ixtisaslaşdırılmış müdafiə şurasının üzvü; 1999-cu ildən hazırkı dövrədək "Mütərcim" bədii, elmi-publisistik, tərcümə jurnalının redaksiya heyətinin üzvü; 2000–2006-cı illərdə "Təhsil, mədəniyyət, incəsənət" elmi-nəzəri, metodik jurnalın redaktoru; 1 noyabr 2000-ci il — Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun ali və orta ixtisas təhsili şöbəsinin müdiri; 1 dekabr 2001-ci il – hazırda Azərbaycan Respublikası Təhsil İnstitutunun elmi katibi vəzifəsində çalışır. 2001–hazırda — Azərbaycan Jurnalistlər Birliyinin üzvü; 20 iyun 2002 — Azərbaycan Yazıçılar Birliyinin üzvü; 2003 — Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın sədri akademik A. Ş. Mehdiyevin əmri ilə BDU-da fəaliyyət göstərən pedaqoji elmlər üzrə namizədlik dissertasiyalarının müdafiəsi üzrə birdəfəlik dissertasiya şurasının üzvü və elmi katibi; 30 may 2003 — Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 07 №-li qərarı ilə BDU-da psixologiya elmləri üzrə namizədlik dissertasiyalarının müdafiəsi üzrə N 02.014 daimi dissertasiya şurasının üzvü və elmi katibi; 2003 — Azərbaycan Pedaqoji-Psixoloji Elmlər Assosiasiyasının vitse-prezidenti; 2003-cü ildən Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun "Elmi əsərlər" jurnalının (baş redaktor prof. A. O. Mehrabov) məsul katibi, sonralar baş redaktor müavini kimi fəaliyyət göstərmiş, hazırda jurnalın baş redaktorudur. 5 may 2006 — Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda pedaqoji elmlər üzrə namizədlik dissertasiyalarının müdafiəsi üzrə N 02.191 daimi dissertasiya şurasının üzvü və elmi katibi; 2007 — hazırda "Milli pedaqogika məktəbi" (hazırda "Pedaqogika") jurnalının (baş redaktor prof. F. B. Sadıqov) redaksiya heyətinin üzvü; 2007-ci ildən "Azərbaycanda xarici dillər" jurnalının redaksiya heyətinin üzvü; 24 aprel 2009 — Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (akademiki); 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sosial və humanitar elmlər üzrə ekspert komissiyasının üzvü olmuşdur.
Mükafat və təltifləri 23 oktyabr 1981 — Azərbaycan Respublikası Maarif Nazirliyinin Fəxri fərmanı; 1981 — Azərbaycan ETPEİ-nin 50 illik yubileyi münasibətilə institutun Fəxri fərmanı; 24 sentyabr 1986 — Azərbaycan Respublikası Maarif Nazirliyinin "Qabaqcıl maarif xadimi" döş nişanı; 12 mart 2001 — Şirvan şəhər mətbuatının 70 illiyi münasibətilə, şəhərin ictimai-siyasi həyatında fəal iştirakına görə Şirvan şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı ilə təltif edilmiş və qol saatı ilə mükafatlandırılmışdır; 18 iyun 2004 — Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə professor elmi adı; 26 dekabr 2006 — Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı; Sentyabr 2007 — "Qızıl qələm" mükafatı; 1 oktyabr 2012 — Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.
Beynəlxalq və Respublika konfranslarında təmsilçilik 1979, 16–18 avqust — Taqanroq şəhərində keçirilən şagird özünüidarə orqanlarının fəaliyyətinə həsr olunmuş Ümumittifaq elmi-praktik konfransı; 1981 — Çeçen-İnquş Muxtar Respublikasında (Qroznı şəhəri yaxınlığında) on beş günlük hərbi təlim toplanışı; 1981, 15–17 dekabr — "Elmi ateizm tərbiyəsi şagirdlərin kommunist tərbiyəsinin tərkib hissəsidir" mövzusunda Ümumittifaq elmi-praktik konfransı (Moskva şəhəri); 1982, mart–avqust — Simferopol şəhəri yaxınlığındakı hərbi hissədə zabit-tərcüməçi kimi 153 günlük təlim-toplanışı; 1983, 18–19 oktyabr — "Məktəblilərin ailə həyatına hazırlanması" mövzusunda Riqa şəhərində keçirilən elmi-praktik konfrans
Əsərləri 400-dən çox elmi-metodik və bədii əsərin müəllifidir.
Şagirdlərin hüquq tərbiyəsi. Bakı: Maarif, 1983, 92 səh. Şagirdlərin hüquq tərbiyəsində məktəb, ailə və ictimaiyyətin əlbir işinin təlim prosesində nəzərə alınması. Bakı: Azərbaycan Respublikası Maarif Nazirliyinin nəşri, 1983, 26 səh. Şagirdlərin elmi-ateizm tərbiyəsi. Bakı: Maarif Nazirliyinin nəşri, 1984, 24 səh. VIII–X sinif şagirdlərinin ailə həyatına hazırlanması üzrə işin forma və yolları. Bakı: Maarif Nazirliyinin nəşri. 1984, 24 səh. Ümumtəhsil məktəbləri şagirdlərinin kommunist tərbiyəsi. Bakı: Maarif, 1984, 156 səh. (Z. Qaralov, R. Mustafayeva, Ə. Həşimovla birlikdə) Ailədə uşaqların hüquq tərbiyəsinin yolları. Bakı: Maarif Nazirliyinin nəşri, 1985, 28 səh. Ailə həyatının etika və psixologiyası kursunun tədrisinə dair (I hissə). Bakı: Maarif Nazirliyinin nəşri, 1985, 28 səh. (Ə. Əlizadə ilə) Ailə həyatının etika və psixologiyası kursunun tədrisinə dair (II hissə). Maarif Nazirliyinin nəşri, 1985, 34 səh. (Ə. Əlizadə ilə) Dərsdənkənar fəaliyyət prosesində şagirdlərin hüquq tərbiyəsində məktəb, ailə və ictimaiyyətin əlbir işi. Bakı: Maarif Nazirliyinin nəşri, 1986, 24 səh. Совместная работа школы, семьи и общественности в правовом воспитании учащихся. Bakı: Maarif Nazirliyinin nəşri, 1986, 32 səh. Şagirdlərdə sülhə məhəbbət və müharibəyə nifrət hisslərinin tərbiyə olunması metodikası. Bakı: Maarif Nazirliyinin nəşri, 1986, 24 səh. (Y. Qaraxanovla) Məktəblilərdə çörəyə qənaət və qayğılı münasibət hissinin tərbiyə edilməsi. Bakı: Maarif Nazirliyinin nəşri, 1986, 31 səh. (T. Paşayevlə) Ümumtəhsil məktəblərinin tədris fənlərində Sov. İKP XXVII və Azərb. KP XXXI qurultaylarının materiallarının öyrənilməsi. Bakı: Maarif Nazirliyinin nəşri, 1986, 58 səh.(R. Əliyev və N. İsrafilovla) Yuxarı sinif şagirdlərinin ictimai-siyasi fəaliyyəti prosesində onlarda fəal həyat mövqeyinin formalaşdırılması üzrə işin metodikası. Bakı: Maarif Nazirliyinin nəşri, 1988, 28 səh. (Q. Əhmədovla) "Ailə həyatının etika və psixologiyası" kursu üzrə tapşırıqlar sistemi. Bakı: Maarif Nazirliyinin nəşri, 1988, 18 səh. (Ə. Əlizadə ilə) "Ailə həyatının etika və psixologiyası" kursunun tədrisinin ümumi məsələləri. Bakı: Maarif Nazirliyinin nəşri, 1988, 28 səh. (Ə. Əlizadə ilə) Ailə (elmi-kütləvi nəşr). Bakı: Maarif, 1989, 312 səh. (Ə. Əlizadə ilə) Ümumtəhsil məktəbi şagirdlərini ailə həyatına hazırlamağın bəzi məsələləri. Bakı: Təhsil Nazirliyinin nəşri. 1989, 41 səh.