thumb|Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Rəziyyə Gəncəvi rəsmi

Rəziyyə Gəncəvi — XII-XIII əsrlərdə yaşamış Azərbaycan şairəsi. Ən çox rübailəri ilə məşhurdur.

Haqqında

Rəziyyə Gəncəvinin əsərlərinə Cəlaləddin Xəlil Şirvaninin XIII əsrdə tətib etdiyi "Nüzhətül-məcalis" adlı məcmuədə rast gəlindiyindən alimlər onun XII-XIII əsrlərdə yaşadığını təxmin edirlər.

Rübailəri

Yolun torpağıtək eyləsən də xar, Yenə də qulunam, ey əziz dildar! Qərqəm göz yaşına, mərhəmət qılıb, Alsan ağuşuna məni, nə olar?

Yuxum yox, getmə sən, canan, gözümdən, Getməyir göz yaşı bir an gözümdən. Çünki sən gözümü etmisən məskən, Sevincdən yaş damır hər an gözümdən.

İstinadlar

Ədəbiyyat

Azərbaycan qadın şairləri antologiyası, "Avrasiya Press", Bakı, 2005

Kateqoriya:Azərbaycanın qadın şairləri Kateqoriya:XII əsr şairləri Kateqoriya:XIII əsr şairləri