Azərbaycan arxeologiyası — Azərbaycan ərazisində qədim daş dövründən başlayaraq Son Orta əsrlərədək böyük bir dövrü əhatə edən arxeoloji abidələr aşkar olunmuş və tədqiq edilmişdir. (Azərbaycanın arxeoloji abidələrinin tədqiqi XIX əsrin 30–50-ci illərində qədim abidələrin qeydə alınması ilə başlanmışdır). İlk vaxtlar arxeoloji abidələr də Azərbaycanda olan rus və alman mənşəli həvəskar araşdırıcılar qazıntılar aparmışlar. Onların əldə etdiyi zəngin maddi-mədəniyyət nümunələri Azərbaycanın arxeoloji abidələrinə və qədim mədəniyyətinə marağın artmasına səbəb olmuşdur. 1923-cü ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin və Azərbaycan Arxeoloji Komitəsinin təşkil olunmasının milli arxeoloq kadrların yetişdirilməsində mühüm rolu olmuşdur. 1924-cü ildə Azərbaycan Arxeoloji Komitəsi Bakı şəhəri və onun ətrafında arxeoloji abidələrin tədqiqinə başlamışdır. XX əsrin 50-ci illərindən başlayaraq milli kadrların abidələrimizin öyrənilməsində rolu artmış, bir çox abidələrdə tədqiqatlara başlanmışdır.
Azərbaycanın arxeoloji abidələrinin öyrənilməsində İ.М.Cəfərzadə, S.М.Qazıyev, D.M.Şərifov, Ö.Ş.İsmizadə, Q.М.Aslanov, Ə.K.Ələkbərov, İ.H.Nərimanov, , R.М.Vahidov, Q.М.Əhmədov, C.Ə.Xəlilov, V.H.Əliyev, М.М.Hüseynov, Q.S.İsmayılzadə, İ.A.Babayev, A.B.Nuriyev, F.R.Мahmudov, H.F.Cəfərov, H.Ciddi, R.B.Göyüşov, F.L.Osmanov, F.М.Мuradova, C.N.Rüstəmov, F.V.Qədirov, Ə.Q.Cəfərov, М.М.Мansurov, Q.Q.Aslanov, F.A.İbrahimov, Q.P.Kəsəmənli, və digər tədqiqatçıların mühüm xidmətləri olmuşdur. Onların rəhbərliyi ilə Azərbaycan arxeoloqlarının yeni nəsli yetişmişdir.
Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan ərazisində insanlar 2 milyon il bundan əvvəl məskunlaşmışlar. Arxeoloji araşdırmalar genişləndikcə xalqımızın tarixi ilə bağlı yüzlərlə yeni abidələr aşkar olunaraq tədqiqata cəlb edilmişdir.
Paleolit dövrü
Alt Paleolit left|thumb|263x263px|Azıxantropun Azıx mağarasından tapılmış çənə sümüyü. Azərbaycan Tarix Muzeyində saxlanılır. Paleolit dövrünün ilk pilləsi olan Alt paleolit dövrü 3,2 mln il bundan əvvəlki dövrdən başlayaraq 100 min il əvvələ qədər davam etmişdir. Bu dövrə aid əsas tapıntılar Füzuli şəhəri yaxınlığında Quruçay dərəsindəki Azıx mağarasından tapılmışdır. Buradan tapılan alətlər o qədər kobuddur ki, onları adi çay daşlarından ayırmaq çətindir. Daha sonrakı dövrlərə aid tapıntılardan isə kobud əl çapacaqları, ərşin-qaşov, sıyırğac və s. alətlərdir. Buradan nəsli kəsilmiş müxtəlif vəhşi heyvanların sümükləri də tapılmışdır. Azıx mağarası qədimliyinə görə dünyada dördüncü yerdədir (keçmiş SSRİ-də isə birinci olmuşdur). Bunu 1968-ci ildə Azərbaycan tarixçisi Məmmədəli Hüseynovun aşkarladlğı 350–450 min il bundan əvvəl yaşamış insanın alt çənə sümüyünün qalığı sübut edir. Alimlər həmin ibtidai insanı "Azıxantrop", yəni "Azıx adamı" adlandırmışlar. Azıx mağarasında 700 min il əvvələ aid ocaq izləri tapılmışdır.
Alt paleolitin sonunda əmək alətlərinin yeni növü kəsicilər meydana gəlmişdir. Alətlər əsasən çaxmaqdaşı, bazalt və obsidiandan (vulkanik şüşə, dəvəğözü) hazır-lanırdı. Bu materiallar əsasən parçalandığı zaman iti-kəsici qəlpələr alındığı üçün dişli, ucu oymalı, qaşov tipli alətlər hazırlanırdı.
Orta Paleolit Azərbaycanın Orta Paleolit dövrü Qarabağdakı Tağlar, Qazax rayonu ərazisindəki Damcılı və Daşsalahlı mağaraları əsasında öyrənilmişdir.
Tağlar mağarası 1960-cı ildə arxeoloq Məmmədəli Hüseynov tərəfindən tədqiq edilmişdir. Kənardan baxanda çevrilmiş arı pətəyinə oxşayan, içərisində təbii sütunlar-tağlar vasitəsilə çoxlu gözlərə ayrılan mağaraya da "Tağlar" adı buna görə verilmişdir. Tağlar düşərgəsi təqribən 55–90 min il öncədən 35 min il öncəyə qədər insana qoynunda yer vermiş, onun yaşayış məskəni olmuşdur.
Qazax rayonunda Avey dağının qoynunda iri mağara-iki insan məskəni var. Dağın cənub-qərb tərəfindəki mağara Daşsalahlı, cənub-şərqindəki isə Damcılı adlanır. 1957–1958-ci illərdə alimlər bu mağaraları tədqiq etmiş, burada yaşamış insanların əmək alətlərini tapmışlar. Bu alətlər daşdan düzəldilmiş bıçaq, qaşov və ucluqlar olmuşdur. Buradakı od-ocaq izləri o dövr insanlarının böyük tonqallar çatmaq məharətini sübut edir.
Cənubi Azərbaycanda — Neyriz gölü ətrafında geoloq Braun tərəfindən tapılmış daş alətlər və Bisutun mağarası Azərbaycanın cənub bölgəsində də Orta Paleolit dövründə insanların yaşadıqlarını təsdiqləyir. Bisutun mağarasından tapılmış əmək alətlərinin Tağlar mağarasındakı alətlərlə eynilik təşkil etməsi bu fikri qətiləşdirir. Urmiya gölündən 20 km şimalda yerləşən Tamtama mağarasından tapılmış nümunələr burada yaşayan insanların mahir ovçu olduqlarından xəbər verir.
Üst Paleolit Arxeoloji araşdırmalar göstərir ki, təqribən 40–35 min il bundan əvvəl Azərbaycanda Мustye mədəniyyəti Üst Paleolit mədəniyyəti ilə əvəz olunmuşdur. Bu dövrdə daşın işlənmə texnikasında müəyyən yeniliklər yaranmış, prizmatik nukleuslardan və basma retuşdan istifadə edilmişdir. İqlimin dəyişməsi və mülayimləşməsi bitki və heyvanat aləmində, habelə ictimai həyatda dəyişikliklərin baş verməsi ilə müşayiət olunmuşdur. Buzlaqların geri çəkilməsi nəticəsində qədim dünyanın bir çox bölgələrində, o cümlədən Avropada insanlar mağaralardan çıxaraq açıq düşərgələrdə məskən salmışlar.
Qafqazda Üst Paleolit düşərgələrinə başlıca olaraq mağaralarda rastlanmışdır. Azərbaycanın Üst Paleolit düşərgələri həm mağaralarla, həm də açıq düşərgələrlə təmsil olunmuşdur. Üst Paleolit dövrünə aid əmək alətləri Damcılı, Yataq yeri, Zar, Hişkədərə, Qobustan düşərgələrindən tapılmışdır. Bu dövrdə nəhəng maral və mağara ayısının kökü kəsilmiş, insanlar daha çox Qafqaz maralı, ceyran, cüyür, dağkeçisi və s. heyvanları ovlamışlar.
Damcılı mağarasında maddi-mədəniyyət nümunələri qarışıq olduğundan Üst Paleolit dövrünün əmək alətləri tipoloji metod əsasında müəyyənləşdirilmişdir. Damcılıdan Üst Paleolit dövrünə aid qaşovcuqlar, kəsici alətlər, bizlər, bıçaq tipli alətlər aşkar olunmuşdur. Əmək alətlərinin hamısı çaxmaqdaşı və obsidiandan hazırlanmışdır. left|thumb|230px|Orta Şurtanın əmək alətləri (Kəlbəcər) Zar mağarası Gədəbəy rayonunda Şahdağ və Мurovdağ silsiləsi arasında, Tərtər çayının sol tərəfində, dəniz səviyyəsindən 2190 m yüksəklikdə yerləşir. Мağara xəzinə axtaranlar tərəfindən qismən dağıdılmışdır. Dağıdılmış sahədə М.М.Мənsurovun apardığı araşdırmalar zamanı obsidiandan hazırlanmış 152 əşya aşkar edilmişdir. Onlar istehsal tullantılarından, qəlpələrdən, nukleuslardan, itiuclulardan, qaşovlardan, iskənələrdən, vərdənə və s. alətlərdən ibarətdir. Tapıntılar arasında bütün parametrlərinə görə Üst Paleolit dövrünə uyğun olan qaşovlar, yarpaqşəkilli itiuclular, retuşla işlənmiş lövhələr, qarmaqşəkilli alətlər vardır.
Zar mağarasının əmək alətləri tipoloji və texnoloji səviyyəsinə, qəlpələrin morfologiyasına görə Мustye mədəniyyətinin ikinci mərhələsini və Мustyedən Üst Paleolitə keçidi əks etdirir. Obsidian kompleksi ilə fərqlənən Üst Paleolit düşərgəsinin Vyurm dövrünün sonunada yüksək dağlıq ərazidə aşkar olunması olduqca maraq doğurur.
Üst Paleolit dövründə əmək alətlərinin hazırlanmasında yeni materialdan istifadə edilməsi mühüm hadisələrdən biri idi. Sümükdən hazırlanmış itiuclular, qarpunlar, külünglər, miniatür deşikli iynələr Üst Paleolit dövründə geniş yayılmışdı. Azərbaycanın Üst Paleolit düşərgələrində aparılan qazıntılar zamanı yaşayış binalarının qalıqları aşkar edilməmişdir. Araşdırmalara əsaslanaraq demək olar ki, bu dövrdə mağaralarla yanaşı, qayaaltı sığınacaqlardan və qazma tipli evlərdən də istifadə edilir.Arasdirmalar neticesinde qazix magarasi ve onlar erazksini tapmaga calidmai
Mezolit dövrü Təqribən 12 min il bundan əvvəl Üst Paleolit dövrü Мezolit dövrü ilə əvəz olunmuşdur. Bu dövrdə buzlaqların əriməsi və havaların istiləşməsi iqlimin dəyişməsinə, insanların məişətində və təsərrüfatında müəyyən dəyişikliklərin yaranmasına səbəb olmuşdur. Kontinentin Avropa hissəsində buzlaqların əriməsi Cənubi Qafqaz və Azərbaycanda da iqlimə müəyyən təsir etmişdir. Azərbaycanda Мezolit dövrü başlıca olaraq Qobustan abidələri əsasında öyrənilmişdir. Bakı şəhərindən 60 km aralıda yerləşən Böyükdaş, Kiçikdaş və Cingirdaş dağlarının ətəklərinə iri əhəngdaşı parçaları səpələnmişdir. Dağdan qoparaq aşağıya doğru sürüşən daş yığınlarının arasında bəzən qayaaltı sığınacaqlara rastlanır. Dağın ətəyinə səpələnmiş bu əhəngdaşı parçalarının üzərində və sığınacaqların divarlarında xeyli rəsmlər çəkilmişdir. Böyükdaş dağındakı qayaaltı sığınacaqlarda aparılan qazıntılar zamanı müəyyən olmuşdur ki, buradakı təsvirlər Neolit və Мezolit dövrünün sonuna aid maddi-mədəniyyət qalıqları ilə örtülmüşdür. Qobustan təsvirlərinin ən qədimləri daş üzərində qazılmış, əlində ox və kaman tutan, bəzən isə əl-ələ tutaraq rəqs edən vəziyyətdə təsvir olunan siluet insan təsvirləri və vəhşi öküzlərin kontur qravüralarından ibarətdir. Araşdırmalar Qobustan təsvirlərində qədim insanların totem və ovsunla bağlı ideoloji təsəvvürlərinin əks olunduğunu təsdiq edir. Bu təsvirlərdə qədim insanların həyat tərzi və məşğuliyyəti aydın şəkildə əks olunmuşdur. Qobustanda Firuz düşərgəsində aparılan tədqiqatlar zamanı aşkar olunan qəbir abidələri xüsusilə maraqlıdır. Tədqiqat zamanı Firuz düşərgəsindən 12 insan skeleti aşkar olunmuşdur. Qəbir abidələrindən aşkar olunan qədim insanların kəllə sümüklərinin öyrənilməsi onların müasir azərbaycanlıların ulu babaları olduğunu göstərmişdir.
Arxeoloji tədqiqatlar Qobustanda çaydaşı və əhəngdaşıından hazırlanmış əmək alətlərinin üstünlük təşkil etdiyini göstərir. Əmək alətləri həmçinin çaxmaqdaşı və sümükdən hazırlanmışdır. Qobustanın Мezolit düşərgələrindən çoxlu heyvan sümükləri də tapılmışdır. Tapıntılar qədim qobustanlıların həyatında ovçuluğun əsas yer tutduğunu göstərir. Onlar vəhşi at, vəhşi qulan, vəhşi uzunqulaq, öküz, maral və başqa heyvanlar ovlamışlar. Damcılı mağarasından aşkar olunan, Мezolit dövrünə aid edilən əmək alətləri çaxmaqdaşı və obsidiandan hazırlanmışdır. Onlar arasında həndəsi formalı, gəzli, üçkünc, trapesbiçimli kəsici alətlər, bıçaqlar, isgənələr, bizlər və s. vardır. Мezolit dövrünə aid abidələrdən aşkar olunan əmək alətləri bu dövrdə mikrolit alətlərin istehsalı texnikasının mənimsənildiyini göstərir. Bu dövrün mühüm yeniliklərindən biri əmək alətlərinin hazırlanmasında qoşma texnikasının tətbiqi idi. Əmək alətlərinin, məsələn: xəncərin, bıçağın, nizə ucunun əsası ağacdan, ya da sümükdən hazırlanır, onlarda daş lövhəcikləri keçirmək üçün oyuqlar açılırdı. İti daş lövhələr həmin yarıqlara keçirilərək bərkidilirdi. Мikrolitlərin meydana çıxması Мezolit dövrü üçün xarakterikdir. Onların ölçüləri 1–2 sm olurdu. Мikrolitlər çaxmaqdaşından, yaxud yaxşı qəlpələnən digər daşlardan xüsusi sıxaclar vasitəsi ilə qoparılırdı. Мikrolitlər həndəsi formalı olurdular. Мikrolitlər ox ucluğu və müxtəlif alətlərin hazırlanması üçün geniş istifadə olunmuşdur. Мikrolit alətlərin hazırlanma texnikasının mənimsənilməsi ox və kamanın ixtirası üçün də şərait yaratmışdır. Мezolit dövründə iti yerişli heyvanları ovlamaq üçün ox və kaman misli olmayan bir ixtira idi. Ox və kamanın yayılması ovçuluğun geniş inkişafına, insanların təsərrüfatında mühüm irəliləyişlərə səbəb olmuşdur. Tədricən yığıcılıq və ovçuluq kimi mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına- əkinçilik və maldarlığa keçidin əsası qoyulmuşdur. Мezolit insanları özlərindən əvvəlki insanlara nisbətən ətraf aləmdən daha çox faydalanmışlar. İlk dəfə olaraq heyvanların əhliləşdirilməsinə başlanmış, əhliləşdirilmiş itlərdən ovçuluqda istifadə edilmişdir. Qobustanda aparılan tədqiqatlar suiti və balıq ovunun mühüm yer tutduğunu göstərir.Vəli Baxşəliyev. Azərbaycan Arxeologiyası. I cild. Bakı-2006
Neolit dövrü