Mirzəyev Azər Əlibaba oğlu () — teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti. Rəhim bəy Məlikovun nəvəsidir.

Həyatı Azər Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçüb, orta məktəbi burda başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Adil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.

1970-ci ildə buranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi sənətkarlardan akytorluq sənətinin sirlərini öyrənib.

1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilib və 2006-ci ilə qədər bu teatrda fəaliyyət göstərib (1996-ci ildən aparıcı səhnə ustası). Bir müddət Mədəniyyət Nazirliyində incəsənət şöbəsinin müdir müavini kimi işləyib. 2007-ci ildən ömrünün sonuna qədər Akademik Milli Dram Teatrında direktor müavini vəzifəsini tutub.

19 iyul 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir. Sabirabad rayonunda dəfn edilmişdir.

Filmoqrafiya Nekroloq (film, 2001)

Qeybdən gələn səs (film, 2002)

Yaşıl eynəkli adam-3 (film, 2002)-Rəis

Dəvətnamə (film, 2003)

Yol yoldaşları (film, 2003)

Mükafat (film, 2004)

Böyük ömrün davamı (film, 2007)

Mürafiə vəkillərinin hekayəti (film, 2011)

Sübhün səfiri (film, 2012)

Teatr səhnəsində yaratdığı obrazlar Gənc qvardiyaçı Əli Dadaşov (Unutmayın, Y. Əzimzadə)

Orfey (Zəncirlənmiş Prometey, C. Məmmədov)

Qorxmaz (Qızaran üfüqlər, K. Aslanov)

Elşad (Sənin dostun, düşmənin, Əfqan)

Feyzulla bəy (Qonşu qonşu olsa, R. Əfəndiyev)

Həsənqulu (Danabaş kəndinin məktəni, C. Məmmədquluzadə)

Teymur (Pul dəlisi, Ə. Orucoğlu)

Direktor (Ərizə, M. Mürsəlov)

Qürbət (Mənim ağ göyərçinim, Tamara)

Qaraca çoban (Dədəm Qorqud, Ə. Dəmirçizadə)

Hüseynəli (Qaraca qız, S. S. Axundov və A. Şaiq)

Hüseynağa (Büllur sarayda, İ. Əfəndiyev)

Qədəm şax (Olmuş əhvalat, A. Babayev)

Tərcümə etdiyi pyeslər Napoleon (F. Brukner)

Kreppin son lent yazısı (S. Bekket)

Müsyo Amilkar və ya pullu adam (İv Jamiak)

Sonuncu çılğın məşuq (N. Saymon)

Yabanı çimərlik (S. Mixalkov)

Məhəbbət zəlzələsi (E. E. Şmitt)

Sevən ürəklər (M. Kamoletti)

Kitabları Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının foto-salnaməsi (1873-1950) (İşçi qrupunun rəhbəri)

Azərbaycan Dövlət Televiziyasında apardığı verilişlər Tələbə klubu

Biz romantiklərik

Birimiz və hamımız

Hoş gördük, tələbə!

Görüş yeri

Qaravəlli

İstinadlar

Həmçinin bax Rəhim bəy Məlikov

Həsən bəy Zərdabi Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Ssenaristlər Kateqoriya:Azərbaycan Respublikasının əməkdar artistləri Kateqoriya:Zərdab rayonunda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Sabirabad rayonunda dəfn olunanlar Kateqoriya:XXI əsr Azərbaycan aktyorları