Ermənistan ( — Hayastan) və ya rəsmi adı ilə Ermənistan Respublikası () — Cənubi Qafqazda, dənizə çıxışı olmayan bir ölkədir. Qərbi Asiyadakı Erməni yaylalarında yerləşən ölkə, qərbində Türkiyə, şimalında Gürcüstan, şərqində Azərbaycan və cənubunda isə İran və Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəddir. İrəvan paytaxt, ən böyük şəhər və maliyyə mərkəzidir.
Ermənistan unitar, çoxpartiyalı, demokratik milli dövlətdir. Urartu eramızdan əvvəl 860-cı ildə qurulmuş və eramızdan əvvəl 6-cı əsrdə Ermənistan satrapı ilə əvəz edilmişdir. Ermənistan krallığı eramızdan əvvəl 50-ci əsrdə Böyük Tiqranın hakimiyyəti dövründə özünün yüksək zirvəsinə çatmışdır. Daha sonra xristianlığı rəsmi din kimi qəbul edən dünyada ilk dövlət oldu.(). Təxmini tarixlər 284 ilə 314 arasında dəyişir. Garsoïan (op.cit. p. 82), Ananyan'ın araşdırmaları ikincisini dəstəkləyir. Xristianlığın dövlətin rəsmi dini kimi qəbul edildiyi tarix 301-dir. Qədim erməni çarlığı 5-ci əsrin əvvəllərində Bizans və Sasani imperiyaları arasında bölündü. 9-cu əsrdə Pakraduni sülaləsi dövründə Erməni Baqratuni krallığı bərpa edildi. Bizanslılara qarşı müharibələr nəticəsində tənəzzülə uğrayan səltənət 1045-ci ildə süqut etdi və Ermənistan tezliklə Səlcuq imperiyasının tərkibinə daxil oldu. 11–14-cü əsrlər arasında Aralıq dənizi sahilində bir knyazlıq, daha sonra isə krallıq olan Kilikiya Erməni krallığı quruldu.
16–19-cu əsrlərdə indiki Ermənistan ərazisi dəfələrlə Osmanlı və əsasən indiki İran ərazisində mövcud olmuş türkman (Səfəvi, Əfşar və Qacar) imperiyalarının hökmranlığı altında olmuşdur. 19-cu əsrdə Ermənistan Rusiya imperiyası tərəfindən işğal edilmiş, qalan bölgələr isə Osmanlı hakimiyyəti altında qalmışdır. Osmanlı hökuməti tərəfindən 1 iyun 1915-ci ildə Takvîm-i Vekâyidə dərc edilən Təhcir Qanunu ilə təxminən 422.758 erməni məcburi köçə məruz qaldı. 1918-ci ildə Rusiya inqilabından sonra bütün qeyri-rus ölkələri öz müstəqilliklərini elan etdilər və nəticədə Ermənistan Demokratik Respublikası yaradıldı. 1920-ci ildə dövlət Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının tərkibinə daxil edildi və 1922-ci ildə Sovet İttifaqının qurucu üzvü oldu. 1936-cı ildə Zaqafqaziya dövləti ləğv edildi və bu yaranmaqda olan dövlətlər, o cümlədən Ermənistan Sovet Sosialist Respublikası Sovet İttifaqının respublikalarına çevrildi. Müasir Ermənistan Respublikası Sovet İttifaqının dağılmasından sonra 1991-ci ildə müstəqil oldu.
Ermənistan inkişaf etməkdə olan ölkədir və 2021-ci il İnsan İnkişafı İndeksində 85-ci yerdədir. Paytaxtı və ən böyük şəhəri İrəvan olan ölkədə Gümrü, Böyük Qarakilsə, Üçkilsə və Razdan ölkənin digər mühüm şəhərləridir. İqtisadiyyatı əsasən sənaye və mədənçiliyə əsaslanır. Ermənistan coğrafi cəhətdən Cənubi Qafqazda yerləşdiyi halda, geosiyasi baxımdan ümumiyyətlə Avropa dövləti hesab olunur. Ermənistan geosiyasi baxımdan bir çox cəhətdən Avropa ilə uzlaşdığından, Avropa Şurası, Şərq Tərəfdaşlığı, Eurocontrol və Avropa Yenidənqurma və İnkişaf Bankı da daxil olmaqla bir çox Avropa qurumları; Avrasiyadakı müəyyən regional qrupların, o cümlədən Asiya İnkişaf Bankının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İttifaqının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin və Avrasiya İnkişaf Bankının üzvüdür. Ermənistan həmçinin dünyanın ən qədim milli kilsəsi olan Erməni Apostol Kilsəsini ölkənin əsas dini qurumu kimi tanıyır. Rəsmi dili erməni dili olan dövlətin istifadə etdiyi əlifba eramızın 405-ci ildə Mesrop Maştots tərəfindən yaradılmışdır.
Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini faktiki olaraq işğal etmiş və özü də daxil olmaqla Birləşmiş Millətlər Təşkilatına üzv heç bir dövlətin tanımadığı və 2023-cü ildə faktiki və hüquqi olaraq süqut edən Dağlıq Qarabağ Respublikasının mövcudluğunu dəstəkləmişdir.
Etimologiya Ermənistanın indiki erməni adı Hayastan (erm. Հայաստան), ermənilərin keçmişdə öz ölkələrinə aid etdikləri Հայք (Hayk) sözünə farsca ölkə mənasını verən -stan şəkilçisini əlavə etməklə əmələ gəlib, lakin Hayastan adının mənşəyi çox daha qədim tarixlərə gedib çıxır və bu ad ilk dəfə Aqafangel,Ագաթանգեղոս §§ 13 (ի Հայաստան աշխարհէս), 16 (Հայաստան աշխարհիս 2x, ի Հայաստան աշխարհիս), 35 (Հայաստան աշխարհին), 160 (Հայաստան աշխարհիս), 249 (Հայաստան աշխարհիս), 715 (Հայաստան աշխարհիս), 776 (Հայաստան աշխարհին), 784 (Հայաստան աշխարհին), 796 (ի մէջ Հայաստան աշխարհի), 808 (հասանէին ի Հայաստան աշխարհն)։Ագաթանգեղոս § 885 (ի Հայաստան երկրին) Bizanslı Faust,Փաւստոս Բուզանդ 1883=1984, էջ 1 (Հայաստան աշխարհին)Փաւստոս Բուզանդ 1883=1984, 4.բ, էջ 56 (Հայաստան երկրին) Lazar Parpetsi,904=1985, էջ 2 (Հայաստան աշխարհիս), 110 (կանայս ի Հայաստան աշխարհիս) KoryunԿորիւն 1994, էջ 83 (Հայաստան աշխարհի), 93 (Հայաստան աշխարհին), 103 (ի Հայաստան աշխարհին), 120 (ի Հայաստան աշխարհէս) və Sebeosunժը (սեռ. Հայաստանեայց, բացառ. ի Հայաստանեայց), տես Աբգարյան 1979, էջ 66, 90 əsərlərində xatırlanır.
Bu ad Erməni patriarxı və eramızın V əsr yazıçısı Movses Xorenlinin dediyinə görə, Babil padşahını məğlub edərək Ararat bölgəsində öz millətini quranRazmik Panossian, The Armenians: From Kings And Priests to Merchants And Commissars, Columbia University Press (2006), , səh. 106. Nuhun nəvəsi HaykdanMartirosyan, Hraç (2010) Etymological Dictionary of the Armenian Inherited Lexicon (Leiden Indo-European Etymological Dictionary Series; 8), Leiden, Boston: Brill, səh. 383 (erm. Հայկ) götürülmüşdür. Adın sonrakı mənşəyi qeyri-müəyyəndir. Bundan əlavə, Hay adının Erməni yaylalarında hökmranlıq edən iki krallıqdan ibarət olan Hayasa-Azzi konfederasiya dövlətindən (e.ə. 1600–1200) gəldiyi iddia edilir.Rafael İşhanyan, "Illustrated History of Armenia," Erivan, 1989Elisabeth Bauer. Armenia: Past and Present (1981), səh. 49
Coğrafi təsvir olaraq Arminiya və ya Armaniya (link=:en:File:Old Persian a.png|20x20px link=:en:File:Old Persian ra.png|20x20px link=:en:File:Old Persian mi.png|24x24px link=:en:File:Old Persian i.png|20x20px link=:en:File:Old Persian na.png|20x20px) adına ən erkən Əhəməni imperatoru I Daranın qədim fars dilində yazılmış, təxminən eramızdan əvvəl 510-cu ilə aid Behistun abidəsində rast gəlinir.𐎠𐎼𐎷𐎡𐎴 (a-r-mi-i-n /Armina/)
Eramızdan əvvəl 6-cı əsrin sonları: I Dara; Bisütun kitabəsi, 1-ci sütun 13–17. xətlər […] θātiy Dārayavauš xšāyaθiya imā dahyāva tyā manā patiyāiša vašnā Auramazdāha adamšām xšāyaθiya āham Pārsa Ûvja Bābiruš Ahurā Arabāya Mudrāya tyaiy drayahyā Sparda Yauna Māda Armina Katpatuka Parθava Zraka Haraiva Uvārazmîy Bāxtriš Suguda Gadāra Saka Θataguš Harauvatiš Maka fraharavam dahyāva XXIII… […] Padşah Dara dedi: Bunlar mənim hökmranlığımdakı ölkələrdir və Ahura Məzdanın lütfü ilə mən onların padşahı oldum: Fars, Elam, Babil, Assur, Ərəbistan, Misir, dəniz kənarı torpaqlar, Lidiya, Yunan, Midiya, Ermənistan, Kapadokya, Parfiya, Dranjiana, Ariya, Xorasmiya, Baktriya, Soqdiya, Qandara, İskitiya, Sattagidiya, Araxosiya və Maka; cəmi iyirmi üç ölkə. Eramızdan əvvəl 6-cı əsrin sonları: I Dara; Bisütun kitabəsi, 2-ci sütun 29–31. xətlər […] θātiy Dārayavauš xšāyaθiya Dādaršiš nāma Arminiya manā badaka avam adam frāišayam Arminam avaθāšaiy aθaham paraidiy kāra hya hamiçiva manā naiy gaubataiy avam jadiy… […] Padşah Dara dedi: Mən Dādarşi adlı erməni nökərimi Ermənistana göndərdim və ona dedim: "Get o üsyan edən və məni tanımayan ordunu vur. Qədim yunan terminləri olan Ἀρμενία (Armenía) və Ἀρμένιοι (Arménioi, "ermənilər") ilk dəfə Miletli Hekatey (e.ə. 550 – e.ə. 476) tərəfindən xatırlanmışdır." (Ermənilər cənubdan Xaliblərlə həmsərhəddirlər)". Bəzi fars yürüşlərində xidmət etmiş yunan sərkərdəsi Ksenofont eramızdan əvvəl 401-ci ildə erməni kənd həyatının və qonaqpərvərliyinin bir çox tərəflərini təsvir etmişdir.
Bəzi alimlər Ermənistan adını Erkən Tunc dövrünə aid Armani vilayəti (Armanum, Armi) və ya Son Tunc dövrünə aid Arme əyaləti (Supria) ilə əlaqələndirirlər. Adı çəkilən krallıqlarda hansı dillərin danışıldığı bilinmədiyi üçün bu əlaqələr qəti şəkildə sübuta yetirilə bilmədi.
Həm Horenli Musa, həm də İstanbuldan olan erməni tarixçisi Mikayıl Çamçıyana görə, Ermənistan adı Hayk nəslindən olan Aramın adından gəlir.
Türk mətnlərində əvvəllər Ermeniyye və ya Ermen diyarı kimi xatırlanan bölgə üçün bu adın ilk dəfə istifadə edilməsi 17-ci əsrdə müşahidə edilmişdir. Övliya Çələbinin Səyahətnaməsində də bu adla bəhs edilir.
Tarix Rusiya Elmlər Akademiyasının müxbir üzvü Anatoli Petroviç NovoseltsevНовосельцев А.П. К вопросу о политической границе Армении и Кавказской Албании в античный период. Кавказ и Византия, I. Ереван, 1979. və Z. İ. YampolskiЯмпольский З.И. К изучению древнего пути из Каспийского моря по реке Куре через Грузию к Черному морю.//Тр. Ин-та истории АН ГССР, т. 2, 1956 hesab edir ki, erkən orta əsrlərdə indiki Ermənistanın böyük hissəsi Qafqaz Albaniyasına aid olmuşdur.
Bəzi tədqiqatçılar Uti və Artsak vilayətlərini II Tiqranın işğal sahələri sayırlar. Yunan və Roma mənbələri isə sübut edir ki, II Tiqran alban torpaqlarını işğal etməmişdirF. Məmmədova, 2006, səh 116 . II Tiqran Ermənistanın Şərq və Qərb hissələrini birləşdirib, vaxtilə Ermənistanın olan 70 vahəni parfiyalılardan almışdır. C. Markvarta görə isə həmin vahələr I Artaşesin işğal etdiyi Atropatenanın Şimal – Qərb torpaqları idi.J. Marquart. Eransahr…, стр. 78 II Tiqran Lukull və Pompey tərəfindən məğlub ediləndən sonra onun dövləti dağıldı. E.ə. 66-cı ildə bağlanmış müqaviləyə görə, II Tiqran vaxtilə ələ keçirdiyi torpaqlardan imtina etdi. Yalnız Şimali Mesopotomiya və Korduena Ermənistanın hakimiyyəti altında qaldı. Əgər Artsak və Utinin vaxtilə II Tiqran tərəfindən işğal olunduğunu fərz edilsə belə, məğlubiyyətdən sonra başqa torpaqlar kimi, həmin yerlər də Ermənistandan ayrılmışdır. Bununla da Arsaq və Utinin II Tiqran tərəfindən zəbt olunması mülahizəsinin əsassızlığı üzə çıxır.Юшков С.В. К вопросу о границах древней Албании.//ИАН СССР, 1937, т. I.F. M.mmədova, 2006, səh 68 İrəvan xanlığı – 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra əsası qoyulmuş müstəqil xanlıq. Ərazisi müasir Ermənistanı habelə indiki Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarını və indiki Türkiyənin İğdır ilini əhatə etmişdir. 1828-ci ildə Rusiya imperiyası ilə Qacar Şahənşahlığı arasında imzalanmış Türkmənçay müqaviləsinə əsəsən Rusiyanın tərkibinə daxil edilmışdir.
1828-ci ildə Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsinə əsasən Şimali Azərbaycanın Naxçıvan xanlığı və İrəvan xanlığı ərazisində Erməni vilayəti təşkil edilmişdir. Cəmisi 25 min erməninin yaşadığı həmin ərazilərə Qacar İran və Osmanlı İmperiyasından kütləvi surətdə ermənilər köçürülmüşdür ki, vilayətin etnik tərkibi rusların daha loyal qəbul etdiyi xristianların say üstünlüyü ilə nəticələnsin və bununla da erməni vilayətinin inzibati-ərazi bölgüsü möhkəmləndirilsin. Qəzalar ermənilərazərbaycanlılarkürdlərruslarassuriyalılar Aleksandropol qəzası 85,5 % 4,7 % 3,0 % 3,4 % … Naxçıvan qəzası 34,4 % 63,7 % … … … Yeni Bəyazid qəzası 66,3 % 28,3 % 2,4 % 2,2 % … Sürməli qəzası 30,4 % 46,5 % 21,4 % … … Şərur-Dərələyəz qəzası 27,1 % 67,4 % 4,9 % … … İrəvan qəzası 38,5 % 51,4 % 5,4 % 2,0 % 1,5 % Eçmiədzin qəzası 62,4 % 29,0 % 7,8 % … … Cəmi quberniya üzrə 53,2 % 37,8 % 6,0 % 1,6 % …
Ermənilərin İran və Türkiyədən indiki Ermənistan ərazisinə kütləvi surətdə köçürülməsi ilə paralel olaraq Erməni vilayətinə daxil edilən İrəvan əyalətinin Qırxbulaq, Zəngibasar, Körpübasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd-Parçanis, Səədli, Talın, Seyidli-Ağsaqqallı, Sərdarabad, Gərnibasar, Abaran, Dərəçiçək, Göyçə (bir hissəsi) mahallarının, Naxçıvan əyalətinin Əlincəçay, Məvazixatun, Xok, Naxçıvan, Dərələyəz mahallarının, Ordubad dairəsinin Ordubad, Əylis, Dəstə, Biləv və Çənnəp mahalları türklərinin əksəriyyəti əsasən Türkiyə və İrana köçməyə məcbur olmuşlar. Azərbaycan türklərinin deportasiyasıİbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , BAKI – "Elm" — 2002, 346 səh.
1-ci mərhələ: 1905–1906-cı illər: