Boris Conson () — ingilis dövlət xadimi və siyasətçisi, Böyük Britaniyanın 77-ci baş naziri (2019-2022).
Əvvəllər London şəhərinin meri (2008-2016), Böyük Britaniyanın xarici işlər naziri (2016-2018) kimi vəzifələri tutmuşdur. Ulu babaları və nənələri içində müsəlman, yəhudi və xristian olanlar var 2022. Valideynlərinin tanış olduğu rus miqrantın şərəfinə Boris adlandırılıb. Boris özünü tək millət konservatizminə aid edir. Əvvəllər iqtisadi və sosial cəhətdən liberal siyasəti ilə, indi isə irqçi və homofob ritorika yürütdüyü iddia edilir.
Həyatı Boris Johnson 19 iyun 1964-cü ildə Nyu-Yorkda anadan olub.
Atasının babası Əli Kamal - türkiyəli jurnalist, Osmanlı İmperiyasının son Böyük vəziri Əhməd Oqtay hökumətində qısa müddət daxili işlər naziri olmuşdur. Bu vəzifədə olaraq o, Kamal Atatürkün həbsinə əmr vermişdir. Atatürk hakimiyyətə gəldikdən sonra general Nurəddin Konyarın əmri ilə Əli Kamal edam edilmişdir.
Bundan sonra Boris Consonun babası Osman Əli İngiltərəyə qaçır və burada Uilfred Conson () adını qəbul edir.
Ata nənəsi Hənifə Fered, Qafqaz müharibəsi zamanı Osmanlı İmperiyasına qaçan çərkəzlərdən idi.
Boris Consonun anasının babası, Calvariyadan olan (indiki Litvada, o zaman Rusiyada) yəhudi mənşəli amerikalı alim-paleoqraf Elias Everi Levidir (1879-1969).
Anasının nənəsi, Helen Treysi Lav-Porter (1876-1963), alman dilindən bədii nəsri tərcümə edən Amerika tərcüməçidir. Əslən Tauandadandır (Bredford dairəsi, Pennsylvaniya ştatı).
Boris Conson 2020-ci il martın 27-də Covid-19-a yoluxub, apreldə isə xəstəxanadan evə buraxılıb.
24 may 2025-ci il tarixində Boris Consonun 9-cu övladı anadan olub. Onun 35 yaşlı həyat yoldaşının Kerri Conson ilə artıq 4 övladı var. 1993-cü ildən 2018-ci ilə qədər Marina Uiler ilə evli olub. Consonun bu evlilikdən dörd övladı var. 2009-cu ildə siyasətçi London meri olarkən onun sənətşünas Helen Makintayr ilə münasibətindən isə bir qızı olub.
Həmçinin bax Böyük Britaniya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Oksford Universitetinin məzunları Kateqoriya:Britaniya bioqrafları Kateqoriya:Birləşmiş Krallıq Mühafizəkarlar Partiyası siyasətçiləri Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:İngilis anqlikanlar Kateqoriya:Almanəsilli Britaniya şəxsləri Kateqoriya:Birləşmiş Krallıq baş nazirləri Kateqoriya:Mühafizəkarlar Partiyasından olan Böyük Britaniyanın baş nazirləri