Bakı Müstəqil Televiziya İdarəsi və ya qısaca BMTİ — 1993-cü ilin avqust ayının 16-da Bakı şəhərində fəaliyyət başlamış televiziya kanalı. "Moskva" mehmanxanasının binasından yayımlanırdı. Fəaliyyətə başlamamışdan əvvəl tezliyində " Super Channel " adlı kanal var idi. Telekanalda əsasən şəxsi istehsalı olan verilişlər və xarici filmlər, kliplər efirə çıxırdı. Məşhur verilişlərindən biri "Refren" verilişi idi. 1994-cü ilin may ayında telekanalın fəaliyyəti dayandırılmışdır.

Kanalın təsisçisi Mahmud Məmmədov, baş direktoru isə Elşad Quliyev olub.

İstinadlar

Kateqoriya:Azərbaycan televiziya kanalları Kateqoriya:Azərbaycan dilində televiziya kanalları Kateqoriya:Rus dilində televiziya kanalları Kateqoriya:1993-cü ildə yarananlar Kateqoriya:Fəaliyyətini dayandırmış Azərbaycan televiziya kanalları