250px|thumbnail|right|Barak Obamanın ikinci and içmə mərasimindən

Süni xəz — təbii xəzlərə bənzədilən xovlu toxuculuq məmulatıdır (trikotaj maşınlarında, toxuculuq dəzgahlarında və yapışdırma üsulu ilə hazırlanır). Təbii xəzlərə (su samuru, dələ, yenot, tülkü və s.) oxşadılan parça əsaslı süni xəzlər və trikotaj süni xəzlər daha çox yayılmışdır.

Süni xəz əsas etibarı ilə və xovdan ibarətdir. Süni xəzin rəngi, naxışları və xovun yerləşməsi, demək olar ki, oxşadıldığı təbii xəzdəki kimidir. Süni xəzin əsası üçün pambıq, bəzən sintetik saplardan istifadə edilir; xov üçün isə müxtəlif monosaplardan, yaxud kompleks poliamid, poliefir, viskoz və asetat liflərindən, uzunxovlu süni xəzlərdə isə poliakrilnitril liflərindən istifadə olunur.

Süni xəzlər müxtəlif rəng və naxışlarda istehsal edilir. Onlardan palto və digər üst geyimlərin, papaqların tikilişində, həmçinin üzlük və astarlıq material kimi istifadə edilir.

Ədəbiyyat Azərbaycan Sovet Ensiklopediyası, IX cild, səh.105

İstinadlar

Kateqoriya:Yüngül sənaye məhsulları Kateqoriya:Süni obyektlər Kateqoriya:Süni materiallar