Qreta Qarbo (, doğum adıQreta Lovisa Qustafsson (; ) — İsveç və Amerika aktrisası. 1954-cü ildə kinonun inkişafındakı müstəsna xidmətinə görə fəxri Oskar mükafatı aldı.

Bioqrafiyası

Erkən karyerası Qreta Qarbo 18 sentyabr 1905-ci ildə Stokholmda anadan olub. Karl və Anna Qustafsson ailəsində üçüncü uşaq idi. 1920-ci ildə qızın çox yaxın olduğu atası vərəmdən vəfat etmişdir. Qreta məktəbdən ayrılıb işə getməyə məcbur oldu. İlk pulunu bir bərbər salonunda kömək edərək qazandı, daha sonra Stokholm univermağında işlədi, qəzetlərdə reklam çəkdirdi. İlk dəfə işlədiyi böyük mağazanın reklam çarxlarına çəkilərək kamera qarşısına keçdi. Nəticədə komediya rejissoru Erik Petçerin diqqətini çəkdi və Qretaya yeni Tramp Peter (1922) filmində kiçik bir rol təklif etdi.

1922–1924-cü illərdə Qarbo, Stokholmdakı Kral Dram Teatrında teatr məktəbində aktyorluq təhsili aldı, sinif yoldaşları Mimi Pollak, Alf Şöberq idi. Orada rejissor Morits Stillerlə tanış oldu. Şəxsi olaraq onun təlimini öz üzərinə götürdü, qız üçün ahəngdar bir təxəllüs icad etdi — Qreta Qarbo — və səssiz şəkildəki "Yeste Berlinqin Dastanı" filmində əsas rola dəvət etdi. Nobel mükafatı laureatı Selma Laqerlyof romanının bu film uyğunlaşmasında aktrisa isveçli aktyor Lars Hanson ilə birlikdə rol aldı.

İstinadlar

Xarici keçidlər

Грета Гарбо о себе Из книги шведского журналиста Свена Бромана "Разговоры с Гарбо" Грета Гарбо: истоки легенды // журнал Киносценарии, 1995 30 лет без Греты Гарбо // Газета.Ru, 15.04.2020

Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:İsveç film aktrisaları Kateqoriya:Biseksual qadınlar Kateqoriya:İsveçdən ABŞ-yə mühacirət edənlər