() — aləminin tipinin sinfinə aid heyvan dəstəsi.
Ümumi məlumat Düzqanadlılarda, bərabərqanadlılarda və pərdəqanadlılarda parazitlik edən xırda cücülərdir. Yelpikqanadlıları kəskin ifadə olunmuş cinsi dimorfizim səciyələndirir. Erkəklər imaqo mərhələsində sərbəst yaşayandır, bədənləri normal olub, baş, döş və qarıncığa bölünmüşdür. Bədənin uzunluğu 1–7 mm-dir. Başı gödək, güclü şəkildə köndələndir. Bığcıqları yaxşı inkişaf etmişdir, 4-7 buğumdan ibarətdir. Ağız orqanları reduksiya olunmuşdur. İki cüt qanadı var. Ön qanadları gödək, ensiz, sıx lövhəciklər şəklində reduksiya olunmuşdur. Arxa qanadları böyükdür, az sayda uzununa damarları vardır. Qanadların açılışı 2–8 mm-dir. Sakit vəziyyətdə qanadlar yelpikvari yığılır, dəstənin adı da buradandır. Yelpikqanadlıların özünə məxsus həyat tərzi vardır. İnkişaf hipermetamorfozludur. Çox hərəkətli olan erkəklər sahibin və dişinin bədənini deşərək, bədən boşluğuna sperma yeritməklə dişini mayalandırırlar.
Təsnifatı Mengenillidia Mengeidae Mengenillidae Stylopidia Bohartillidae Callipharixenidae Corioxenidae Elenchidae Halictophagidae Myrmecolacidae Stylopidae
İstinadlar
Həmçinin bax
Kateqoriya:20–24 ID olan Taksonbar