Sulak (türk. "bataqlıq"; 20-ci əsrə qədər Göysu) — Dağıstanda çay. Adının etimologiyası Sulak çayı aşağı axarında dəniz səviyəsindən - 28 metr aşağı olduğuna görə bura bataqlıqlar və qamışlıqlardan ibarətdir. Əksər türk dillərində isə bataqlıqla yanaşı sulak sözü də işlənir.
Coğrafiyası Uzunluğu 169 km.(336 km Andi Göysu ilə), hövzəsinin sahəsi 15 200 kv.km. Avar Göysu ilə Andi Göysunun qarışmasından yaranır. Əvvəlcə, dərinliyi 700–1500 m. olan, baş Sulak kanyonuyla, sonra Axetli dərəsində, Çirkey genişlənməsində və Kiçik Sulak kanyonunda, sonra gehiş vadiylə axır və Xəzər dənizinə axdığı yerdə delta yaradır.
Hidroqrafiyası Qidalanması, buzlaq suyu üstünlüyü ilə, qarışıqdır. Maksimumu iyun -iyulda olmaqla apreldən sentyabra qədər daşqınlar üstünlük təşkil edir. Suyun orta illik məsrəfi mənsəbindən 123 km-ndə 176 kub.m\s. Orta bulanıqlıq 450 q/kub.m, ən çox 45000 q\kub.m
Qolları Ən böyük qolu Ağ-su, bundan başqa Çavxun bak, Tlar, Kiçik Sulakla da qovuşur. 1963-cü ildən Antakşskiy trakt Ağdaş və Ağsay çaylarının suları kənar edilir.
Yaşayış məntəqələri Sulak çayında Qızılyurd şəhəri, Dubki qəsəbəsi, mənsəbində Sulak qəsəbəsi yerləşir. Çayın suyundan Mahaçqala və Kaspiysk şəhərlərinin su təchizatı üçün istifadə olunur. Sulakda SES kaskadı terləşir: Miatlinskaya, Çiriyurtskaya, Çirkeysaya, eləcə də kiçik Bavtuqayskaya SES-ları, onların cəmi təsdiq olunmuş gücü - 1345, 6 MVt, əlavə olaraq ümumi gücü 42,2 MVt olmaqla əlavə olaraq kiçik SES tikintisi nəzərdə tutulub, bu SES- lər Sulak SES kaskadına daxildir.
Həmçinin bax Aktaş çayı
İstinadlar
Xarici keçidlər -Официальный сайт Росводресурсов
Kateqoriya:Dağıstan çayları Kateqoriya:Xəzər dənizinə tökülən çaylar