Om Nom Stories () — Rusiya şirkəti ZeptoLab tərəfindən yaradılan qısametrajlı cizgi serialı. 9 dekabr 2011-ci ildə pilot epizodu nümayiş etdirilmişdir. Sonra birinci mövsümü təşkil edən 10 növbəti seriya göstərilmişdir. İkinci mövsüm Cut the Rope: Time Travel, üçüncü mövsüm isə Cut the Rope 2 ilə eyni vaxtda başlamışdır. Üçüncü mövsümdə Am Nyam digər nyamamlar ilə görüşür.
Süjet 1-ci mövsüm Evan Koulton adi 13 yaşlı oğlandır. Onun qəribə bir bağlama alması ilə həyatı həmişəlik dəyişir. Bu bağlamanın içində An Nyam adlı balaca bir divciyəz olur. Am Nyam şəkər yeməyi sevən balaca, yaşıl divciyəzdir. Evan Am Nyamı öz otağında gizlədir. Çünki onun anası ona ev heyvanları saxlamağa icazə vermir.
2-ci mövsüm Hər şey Evanın sirli zaman maşını peyda olan otağında başlayır. İndi Am Nyam zamanda səyahət edir və öz əcdadlarına şəkər toplamağa yardımçı olur.
3-cü mövsüm Am Nyam əlində bir topa şəkər oturub. Birdən o hörümçəklər dəstəsinin onun şəkərlərini oğurladığını görür. Onları durdurmaq üçün Am Nyam hörümçəklərin arxasınca qaçır və hörümçəkləri hava şarında görür. Am Nyam təsadüfən hava şarının ipinə ilişir və hörümçəklərlə birlikdə uçur. Bu vaxt şəkərlər bir-birinin ardınca şəhərə tökülür. Am Nyam bir meşənin düz ortasına düşür və burada o Verto (Roto) adlınyam ilə tanış olur. İndi Am Nyam evə qayıtmağa çalışır və yolboyu digər nyamların köməyi ilə şəkərləri toplamağa başlayır.
Personajlar Am Nyam — şirniləri xoşlayan kiçik, yaşıl divciyəz Evan Koulton (1-ci mövsüm) — Am Nyamın sahibi Hörümçəklər (3-cü mövsüm) — üçüncü mövsümün ilk seriyasında An Nyamın şirnilərini oğurlayan hörümçəklər dəstəsi Santa Klaus (1-ci mövsüm) — xüsusi Milad seriyasında iştirak edir Verto (3-cü mövsüm) — meşədən olan nyam Lyamzi (3-cü mövsüm) — qum dambasından olan nyam Blyuz (3-cü mövsüm) — zibilxanadan olan nyam Tosya (3-cü mövsüm) — şəhər parkından olan nyam Buka (3-cü sezon) — metropolitendən olan nyam
Seriyalarının siyahısı
Pilot seriyası 9 dekabr 2011-ci ildə nümayiş olunub.
1-ci mövsüm Strange Delivery () — nümayiş olunub: 24.10.2012 Bath Time () — nümayiş olunub: 08.11.2012 Favorite Food () — nümayiş olunub: 15.11.2012 Candy Prescription () — nümayiş olunub: 22.11.2012 Halloween Special () — nümayiş olunub: 31.10.2012 Magic Tricks () — nümayiş olunub: 29.11.2012 Arts and Crafts () — nümayiş olunub: 06.12.2012 Candy Can () — nümayiş olunub: 13.12.2012 Christmas Special () — nümayiş olunub: 20.12.2012 Robo Friend () — nümayiş olunub: 27.12.2012
2-ci mövsüm Time Travel () — nümayiş olunub: 17.04.2013 The Middle Ages () — nümayiş olunub: 17.04.2013 The Renaissance () — nümayiş olunub: 04.05.2013 Pirate Ship () — nümayiş olunub: 18.05.2013 Ancient Egypt () — nümayiş olunub: 01.06.2013 Ancient Greece () — nümayiş olunub: 15.06.2013 The Stone Age () — nümayiş olunub: 28.06.2013 The Era Disco () — nümayiş olunub: 07.08.2013 Wild West () — nümayiş olunub: 11.12.13 Home Sweet Home () — nümayiş olunub: 11.12.13
3-cü mövsüm Unexpected Adventure () — nümayiş olunub: 13.12.13 Forest () — nümayiş olunub: 19.12.13 Sandy Dam () — nümayiş olunub: 24.12.13 Junkyard () — nümayiş olunub: 05.01.2014 City Park () — nümayiş olunub: 25.01.2014 Underground () — nümayiş olunub: 08.02.2014
Ulduzlar Om Nom Stories cizgi serialının hər bir seriyasında Cut the Rope oyunundakı kimi bir ulduz gizlədilib
1-ci ulduz: 1-ci seriya. 0:48 — Divarda təyyarə təsviri olan plakatın yanında. 2-ci ulduz: 2-ci seriya. 1:08 — Mikroskopdakı ulduz. 3-cü ulduz: 3-cü seriya. 0:55 — Divardakı piltələrin birində olan ulduz. 4-cü ulduz: 4-cü seriya. 1:00 — Qırmızı kitabın üz qabığında. 5-ci ulduz: 5-ci seriya. 0:31 — Aşağıda döşəmənin üzərində. Onun üzərində "Turbo!" yazılmış tablo asılıb. 6-cı ulduz: 6-cı seriya. 1:04 — Yaşıl kitabın üz qabığında. 7-ci ulduz: 7-ci seriya. 0:12 — Sağ tərəfdəki tübiklərin birinin üzrəində. 8-ci ulduz: 8-ci seriya. 0:55 — Divarda, təyyarələrin arxasında. 10-cu ulduz: 10-cu seriya. 0:46 — Qırmızı çantanın yanında. 18-ci ulduz: 18-ci seriya. 0:19 — Kolonkanın üzərində. 19-cu ulduz: 19-cu seriya. 1:00 — Qırmızı butulkanın üzərində. 20-ci ulduz: 20-ci seriya. 0:17 — Gəminin sağ bortunda. 21-ci ulduz: 21-ci seriya. 0:41 — Şüşə üstündəki sınıq maşının üzərində. 22-ci ulduz: 22-ci seriya. 0:48 — Sağ aşağı küncdə. 23-cü ulduz: 23-cü seriya. 0:19 — Sol aşağı küncdə. 24-cü ulduz: 24-cü seriya. 0:36 — Qapı üstündəki sınıq maşının üzərində. 25-ci ulduz: 25-ci seriya. 0:53 — Zibil bakında. 26-cı ulduz: 26-cı seriya. 0:45 — Ventilyatorun yanında.
Kateqoriya:Cizgi serialları Kateqoriya:Uşaq teleserialları Kateqoriya:Yayım xidmətinə görə orijinal proqram