Aleks Uebb (ing. Alex Webb; d. 5 may 1952) - Maqnum Foto agentliyinin amerikalı fotoqrafı. Daha çox rəngli fotoları ilə tanınır. 11 kitab müəllifidir. GEO, Time və Nyu-York Tayms kimi jurnallarla əməkdaşlıq etmişdir.
Fəaliyyəti
Aleks Uebb 1952-ci ildə San Fransiskoda doğulub. Fotoqrafiya ilə ilk dəfə universitet tələbəsi ikən maraqlanmağa başlayıb. 1972-ci ildə Maqnum fotoqrafları Brüs Devidson və Çarlz Harbuttla tanış olduğu Nyu-Yorkda yerləşən Apeiron emalatxanasına gedib. O, Harvard Universitetində tarix və ədəbiyyat oxumağa davam edir (1974-cü ildə bitirib), lakin, eyni zamanda, Vizual İncəsənət Mərkəzində fotoqrafiya təhsili alır. 1974-cü ildə fotojurnalist işləməyə başlayır. 1976-cı ildə Maqnum Fotonun müxbir üzvü olur. Bu müddət ərzində o, Amerikanın cənubundakı kənd həyatı sənədli fotoya köçürür. Həmçinin, 1978-ci ildə Karib və Meksikada sonrakı fəaliyyətinə təsir göstərən rəngli fotolarla işləyir.
Uebbin fotoları dünyanın bir sıra sərgi salonlarında nümayiş olunub: Walker İncəsənət Mərkəzi, Fotoqrafiya İncəsənət Muzeyi, Beynəlxalq Fotoqrafiya Mərkəzi, Ali İncəsənət Muzeyi, San Diyeqo Müasir İncəsənət Muzeyi, Whitney Amerika İncəsənət Muzeyi.
Uebbin Tropiklər, Haiti, Florida, Amazon bölgəsi, ABŞ-Meksika sərhədi və İstanbul layihələri əsasında altı monoqrafiyası və "İşığın əziyyəti" adlı bir xatirəsi çap olunub.
Hazırda Uebb həyat yoldaşı fotoqraf Rebekka Norris Uebblə birlikdə Bruklin, Nyu-Yorkda yaşayır.
Mükafatları
1980 - Overseas Press Club Award 1986 - New York State Council on the Arts Grant 1988 - Leopold Godowsky, Jr. Color Photography Award 1990 - W. Eugene Smith Foundation Grant 1990 - National Endowment for the Arts Fellowship 1998 - Hasselblad Foundation 2000 - Leica Medal of Excellence 2002 - David Octavius Hill Medaille 2007 - John Simon Guggenheim Fellowship 2008 - Lucca Photo Festival Award
Kitabları
Hot Light/Half-Made Worlds: Photographs from the Tropics, 1986 Under a Grudging Sun: Photographs from Haiti Libere, 1989 From The Sunshine State: Photographs of Florida, 1996 Amazon: From the Floodplains to the Clouds, 1997 Crossings: Photographs from the U.S.-Mexico Border, Tom Millerlə birlikdə, 2003 Istanbul: City of a Hundred Names, Orxan Pamukla birlikdə, 2007 The Suffering of Light, 2011
Rebekka Norris Uebblə çap etdiyi kitabları Violet Isle, 2009 Alex Webb & Rebecca Norris Webb: Memory City, 2014
Həmçinin bax Maqnum Foto
Xarici keçidlər Həyat yoldaşı Rebekka Norris Uebblə birlikdə saytı Magnum Photos saytında portfoliosu
Kateqoriya:ABŞ fotoqrafları Kateqoriya:Nyu-Yorkda doğulanlar Kateqoriya:5 mayda doğulanlar Kateqoriya:1952-ci ildə doğulanlar Kateqoriya:XXI əsr fotoqrafları Kateqoriya:XX əsr fotoqrafları Kateqoriya:Maqnum fotoqrafları