Ramazan Abdulatipov (; ) — Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının Başçısı. Milliyətcə Avardır.

Həyatı Ramazan Hacımuradoviç Abdulatipov 1946-cı il avqustun 4-də RSFSR Dağıstan MSSR Tlyarat rayonunun Qebquda kəndində anadan olub.

Milliyətcə avardır. Ramazan Abdulatipov hazırda Dağıstan Muxtar Respublikasının rəhbəridir. O, 2013-cü il yanvarın 28-dən bu postu icra edir.

Abdulatipov 1997–1998-ci illərdə Rusiya baş nazirinin müavini, 1998-ci ildən 1999-cu ilə qədər milli siyasət naziri postlarında çalışıb. Dağıstana rəhbər təyin olunana qədər Rusiyanın Tacikistandakı səfiri, Rusiya Mədəniyyət və İncəsənət Universitetinin rektoru və Dövlət Dumasının deputatı kimi müxtəlif sahələrdə çalışıb.

Fəlsəfə elmləri doktoru, professordur. Rusiya Təbiət Elmləri Akademiyasının akademikidir.

İstinadlar

Kateqoriya:Fəlsəfə elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:Avarlar Kateqoriya:Rusiya filosofları Kateqoriya:Rusiya Federasiyası Dövlət Dumasının VI çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasını tərk edənlər