Çətir fəvvarəsi () «Peterhof» saray-park kompleksində yerləşən bir neçə zarafat fəvvarəsindən biridir.

Tarixi Çətir fəvvarəsi parka istirahət etməyə gələn qonaqları əyləndirmək və onlara zarafat etmək üçün yaradılmışdır. Bayram paltarlarını geyinmiş yorğun qonaqlar çətir damının altında yerləşən skamyalara otururdular. Birdən çətirin kənarlarından təzyiqlə su axmağa başlayır və qaçmağa çalışan qonaqların hamısı islanırlar.

İndi fəvvarə bütün vaxt işləyir və beləliklə onu seyr etmək istəyən ziyarətçiləri duruxma və anlaşılmazlıq halına salmır.

Xarici keçidlər Страница о фонтане «Зонтик» на неофициальном сайте музея-заповедника Петергоф

Kateqoriya:Peterhof fəvvarələri