Devid Petreus (; ) — Amerikalı general, hərbçi.

Həyatı 2007-ci ilin fevralından 2008-ci ilin sentyabrına qədər İraqdakı çoxmillətli koalisiya qüvvələrinə rəhbərlik etmiş, 2010-2011-ci illərdə Əfqanıstandakı NATO qoşunlarının komandanı olmuşdur.

O, 2011-ci ilin sentyabrında karyerasında növbəti sıçrayış etdi. Prezident Barak Obama Petreusu dünyanın ən nüfuzlu kəşfiyyat xidməti olan Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə irəli sürüldü. Lakin 2012-ci il noyabrın 9-da onun karyerasına son qoyan seks qalmaqalı səbəbi ilə vəzifəsindən istefa vermişdir.

Ailəsi Holli Petreus (Noulton) ilə ailəlidir. 2 övladı var.

İmpiçment 250px|thumbnail|right|David Petraeus və Pola Broudell 2012-ci il noyabrın 9-da onun karyerasına son qoyan seks qalmaqalı səbəbi ilə vəzifəsindən istefa verdi. Federal Təhqiqatlar Bürosunun araşdırmaları zamanı MKİ direktorunun nikadankənar münasibətlərdə olması müəyyən olundu. 59 yaşlı Devid Petreus öz şəxsi bioqrafı, 49 yaşlı jurnalist Pola Broudell ilə gizli sevgi münasibətlərində idi. Bundan başqa, keçmiş hərbçi Broudelin kompüterində ABŞ-də yalnız Petreus daxil olmaqla məhdud sayda şəxsin bildiyi məxfi sənədlər aşkar olunmuşdur.

Mətbuatın hadisəni işıqlandırması qarşısında Devid Petreus könüllü olaraq vəzifəsindən ayrıldı. O, istefasından sonra yaydığı ilk müraciətdə ailəsindən və dostlarından üzr istədi və bu münasibətlərin bir səhv olduğunu etiraf etdi. Siyasi və hərbi karyerasına birdəfəlik son qoyulan Petreusun şəxsi həyatda bəxti gətirdi. 2 ortaq övladları olan həyat yoldaşı Holli Petreus (Noulton) ərindən ayrılmadı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ generalları Kateqoriya:ABŞ hərbçiləri Kateqoriya:Corctaun Universitetinin məzunları Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:"Fəxri Legion" ordeninin komandorları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Qalmaqallar Kateqoriya:ABŞ silahlı qüvvələri