200px|thumb|AMEA-nın ilk prezidenti Mirəsədulla Mirqasımov

1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında ilk prezident Mir Əsədulla Mirqasımov seçilmişdir. AMEA-nın hazırkı prezidenti – 2022-ci ildən akademik İsa Həbibbəylidir.

Tarixi SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı Azərbaycan SSR Elmlər Akademiyasına çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi. Həmin il Azərbaycan EA-ya 15 həqiqi üzv seçildi. Onun ilk heyətində Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mirzə İbrahimov, Yusif Məmmədəliyev, Mirəli Qaşqay, Aleksandr Qrossheym, Sadıq Dadaşov, İosif Yesman, Mirəsədulla Mirqasımov, Şamil Əzizbəyov, Ələşrəf Əlizadə, Mustafa Topçubaşov, Mikayıl Hüseynov, Heydər Hüseynov və İvan Şirokoqorov daxil oldu.

1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mirəsədulla Mirqasımov prezident seçildi. Sonrakı illərdə Yusif Məmmədəliyev (1947–1950, 1958–1961), Musa Əliyev (1950–1958), Zahid Xəlilov (1961–1967), Rüstəm İsmayılov (1967–1970), Həsən Abdullayev (1970–1983), Eldar Salayev (1983–1997), Fəraməz Maqsudov (1997–2000), Mahmud Kərimov (2001–2013) Akademiyanın prezidenti olmuşlar.

Aşağıdakı siyahıda Azərbaycan Elmlər Akademiyasının yarandığı gündən bu günə kimi bütün prezidentlərinin siyahısı verilmişdir.

Siyahı # Prezidentin adı Başlama tarixi Bitmə tarixi Qeyd 1 Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımov 31 mart 1945 oktyabr 1947 2 Yusif Heydər oğlu Məmmədəliyev oktyabr 1947 mart 1950 1-ci dəfə 3 Musa Mirzə oğlu Əliyev 1 aprel 1950 mart 1958 4 Yusif Heydər oğlu Məmmədəliyev mart 1958 15 dekabr 1961 2-ci dəfə, vəfat edib 5 Zahid İsmayıl oğlu Xəlilov 1962 1967 6 Rüstəm Hacıəli oğlu İsmayılov 1967 1970 7 Həsən Məmmədbağır oğlu Abdullayev 1970 1983 8 Eldar Yunis oğlu Salayev 19 dekabr 1983 2 fevral 1997 9 Fəraməz Qəzənfər oğlu Maqsudov 7 fevral 1997 30 iyul 2000 vəfat edib 10 Mahmud Kərim oğlu Kərimov iyun 2001 10 fevral 2013 vəfat edib 11 Akif Ağamehdi oğlu Əlizadə 25 aprel 2013 22 oktyabr 2019 12 Ramiz Ənvər oğlu Mehdiyev 23 oktyabr 2019 14 fevral 2022 - Arif Məmməd oğlu Həşimov 19 fevral 2022 25 oktyabr 2022 Vəzifənin müvəqqəti icraçısı 13 İsa Həbibbəyli 25 oktyabr 2022 Hal-hazırda

İstinadlar