"Qaranlıqdan çıxmaq" (, , ) — israilli rejissor Mixael Mayerin 2012-ci ildə, dram janrında çəkilmiş filmi. Filmin təqdimatı ilk dəfə Toronto Film festivalında, 2012-ci ilin sentyabr ayında baş tutmuşdu. İsrail kinoteatrlarında film seyircilərə 28 fevral 2013-cü ildə təqdim olunmuşdu. Bu, İsraildə anadan olmuş və hal-hazırda Los Ancelesdə yaşayan rejissor Mixael Mayerin ilk tammetrajlı debüt filmi hesab olunur. Baş rolda Nikolas Yakob (Nimr Məşravi obrazında) və Mixael Aloni (Roy Şefer obrazında) oynamışlar.

96 dəqiqə davam edən dram filmi, İsrail-Fələstin münaqişəsinin müxtəlif tərəflərindən olan iki homoseksual kişi arasında baş vermiş romantik əlqələrdən bəhz edir.

Filmin xülasəsi

Nimr xaricdə təqaüd almaq arzusunda olan iddialı Fələstinli psixologiya tələbəsidir. Tel-Əvivin gey-barlarının birində, o Roy adlı yaraşıqlı İsrail vəkili ilə tanış olur. Onlar bir-birinə aşiq olurlar. Nimr Tel Aviv Universitetində düzənlənən seminarlarda iştirak etmək imkanını İsrail tərəfindən icazə alır və bunun nəticəsində, Roy və Nimr mütəmadi görüşmək və əlaqələrini daha da dərinləşdirmək imkanını əldə edirlər. Nimr İordan çayının qərb sahilində anası, bacısı və atasının ölümündən sonra ailə başçılığını öz üzərinə götürən böyük qardaşı ilə birlikdə yaşayır. Fələstin vətənində Nimr zorakılığa təhdid olunacağından qorxaraq, özünün cinsi oriyentasiyasını hamıdan gizli saxlayır. Tel-Əvivdə qanunsuz şəkildə məskunlaşmış Nimrın fələstinli gey dostu Mustafa, günlərin bir günü İsrail kəşfiyyatı tərəfindən oğurlanır və zorla Qərb Sahilinə geri qaytarılır. Nimrın qardaşının da üzv olduğu bir qrup hərbçi burada Mustafanı qətlə yetirir və Nimr bunun şahidi olur. Gənc tələbə özünün cinsi oriyentasiyasının yaxınları tərəfindən məlum olduqda zorakılığa təhdid olunacağından qorxaraq, ümidsizliyə duçar olur. Qısa müddət sonra, İsrail kəşfiyyat üzvləri Nimra cavab göndərir. Kəşviyyatçılar Nimra casus qismində İsrailə xidmət göstərməyi təklif edirlər. Əks halda onu İsrail ərazisinə keçmək statusunan məhrum edəcəyini, tərəfdaşlıqdan imtina etdikdə isə, onun valideynlərinə oğlunun gey olduğu deyəcəkləri ilə hədələyirlər. Nimr iki cəbhə arasında sıxışıb qaldığını hiss edir. İcazə olmadan onun Roy ilə görüşməyi və təhsilini və Tel Əvivdə davam etməsi mümkün deyil. Eyni zamanda o, ailəsi üçün məsuliyyətli olduğunu hiss edir.

Dözülməz çətinlik və problemlərin müşahidə etməsinə baxmayaraq, Roy və Nimr öz sevgisi uğrunda sona qədər mübarizə aparırlar…

Rollarda Aktyor Rol Nikolas Yakob Nimr Məşravi Mixael Aloni Roy Şefer Cəmil Xuri Nabil Məşravi Alon Pdut Cil Loai Nofi Mustafa Nəamn (Nimrın dostu) Xəvla Haq-Debsi Hiam Məşravi (Nimrın anası) Maysa Dou Abir Məşravi (Nimrın bacısı)

Mükafatlar Film bir çox festivallarda iştirak etmiş və bir sıra mükafatlar qazanmışdı. Onların içərisində: 2012-ci ilin Çikaqo Film festivalı 2012-ci ilin Hamburq Film festivalı 2012-ci ilin Neapol Film festivalı 2013-cü ilin Beynəlxalq Toronto Film festivalı Film həmçinin 2013-cü ildə Meksikanın Qvadalaxara, 2012-ci ildə isə İsrailin Hayfa şəhərində düzənlənən Beynəlxalq Film Festivallarında jüri tərəfindən yüksək qiymətləndirirlmişdi.

İstinadlar

Xarici keçidlər

http://www.rottentomatoes.com/m/out_in_the_dark/ Rotten Tomatoes səhifəsində

Kateqoriya:2012-ci ilin filmləri Kateqoriya:Homoseksual filmlər Kateqoriya:İsrail filmləri Kateqoriya:LGBT mövzulu ABŞ filmləri Kateqoriya:LGBT mövzulu İsrail filmləri Kateqoriya:2010-cu illərin LGBT filmləri Kateqoriya:Ərəbcə filmlər Kateqoriya:İvritcə filmlər Kateqoriya:Gey filmləri Kateqoriya:Terrorizm haqqında filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Romantik filmlər Kateqoriya:Dramlar Kateqoriya:Dram filmləri