Las Navas de Tolosa döyüşü yaxud əl-Uqəb döyüşü (; ) — rekonkistanın ən böyük döyüşü. 16 iyul 1212-ci ildə Kastiliya, Araqon, Navarra və Portuqaliyanın birləşmiş qüvvələri ilə Müvahhidlərin arasında baş vermiş döyüş. Müsəlmanların strateji məğlubiyəti ilə nəticələnmişdi. Döyüş, xristianların müsəlmanları Pireney yarımadasından qovulmasını şərtləndirən dönüş nöqtəsi hesab olunur.
Döyüş ərəfəsi siyasi və hərbi vəziyyət Böyük Yaqub əl-Mənsurun 1199 ildə ölümündən sonra, onun fərsiz xələfi gənc Məhəmməd ibn Əbu Yusuf Yaqub ən-Nəsir (yaxud Məhəmməd ən-Nəsir; xristianlar onu Miramamolin adlandırırdılar; 1199–1213) Əlmohadların Tunisdə və Əlcəzairdə nüfuzlarının bərpası ilə məşğul oldu. Vəziri İbn Caminin ona təsiri böyük idi. Xəlifə VIII Alfonso ilə atəşkəs rejiminə razılaşmışdı. Və indi xristianların Alarkosa görə revanş almaq üçün imkanları yarandı. Sonrakı onillik ərzində Kastiliya öz sərhəd istehkamlarını gücləndirdi, ordusunun sayını artırdı və yarımadanın başqa xristian dövlətləri ilə əlaqələrini möhkəmləndirdi.
Xristianların fəallaşması 1210-cu ildə Alfonso qərara gəldi. Müsəlmanlarla razılaşmanı pozaraq, Lamançanın kolonizasiyasını başladı. 1211-ci ildə kral Madrid, Qvadalaxara, Kuenki və Ukles şəhərlərinin yığma qoşunlarını Hətivə və Aralıq dənizi üzərinə basqına apardı. Bu torpaqlar boşaldıldı, çoxlu qalalar dağıdıldı, xeyli insan əsir aparıldı. Göründüyü kimi müsəlmanlarla İspaniyada VIII əsrdə ilk toqquşmalardan fərqli olaraq, yerli roman əhalisinin davamçıları bu dəfə müsəlmanlara qarşı xristian krallar tərəfində fəal iştirak edirdi. Əlbəttə 500 il ərzində çox şey dəyişmişdi, xristianların düşərgəsindəki ozamankı ziddiyətlər indi müsəlman düşərgəsində daha çox idi, baxmayaraq ki xristian dövlətlər da bir biri ilə didişirdi. Yəqin ki ərəblər də yerli əhaliyə 500 il əvvəli xilaskarlar kimi görsənmirdi.
Müsəlmanların əks-tədbirləri Bu təxribata cavab olaraq ən-Nəsir Afrikadan Kordovaya, xristian mənbələrinə görə, 120 min atlı və 300 min piyada qoşunun başında gəldi. Bəzi vassal Əndəlus əmirləri ona qoşuldu və 1211 ilin yayı əlmohadlar, Lamançanın cənubundakı son Kalatrava qalasını, Salvatyerranı mühasirəyə aldı. Alfonso yenə yürüşə başladı, amma şəhər icmaları ona yetərincə dəstək vermədilər. Kastilyalılar köməksiz halda, avqustda təslim olan Salvatyerraya yardım etməkdə aciz qaldılar. Lakin xəlifə üçün bu Pirrus qələbəsi idi –Salvatyerranın müdafiəçiləri Kastiliya qüvvəsini toplayana qədər qalanı əldə saxladılar.
Döyüş hazırlıqları right|thumb|250px|Roma papası III İnokentini təsvir edən XIII əsr freskası 1211-ci ilin sentyabrında Alfonso bütün vassallarını 16 mayda onun yanına gəlməyə çağırdı. Toledo Arxiyepiskopu və gələcək tarixçi Rodroqo Himenes de Rada (1170–1247) Fransaya, Seqoviyanın yepiskopu Jerardo isə Romaya yardım istəməyə getdilər. Roma papası III İnokenti böyük səlib yürüşü təşkil etdi. Böyük pontifik 1212 aprelində, qoşulmayanları o dünyada cəzalandırmaqla, qoşulanları isə cənnətlə müjdələyərək bütün kilsələrə və dünyəvi icmaları ispan krallarının yürüşünə qoşulmağa çağırdı. O eləcə də Santyaqo və Toledo arxiyepiskoplarına, Leonlu IX Alfonsonu və ya hər hansı başqasını, onlara belələrini kilsədən uzaqlaşdırmaq hüququ verərək, müsəlmanlarla hər cür razılaşmadan çəkindirmək əmrləri verdi. Romada xüsusi təntənəli ayinlər keçirildi. Müsəlman mənbələrinə görə, 1212-ci il kampaniyası ərəfəsində xristianlar "Portuqaliyadan İstanbula qədər" yardım yalvarışlarında bulundular. Lakin, ingilislərin hücumundan ehtiyat edən Fransız II Filipp, cənuba getməkdən çəkindi, Nant yepiskopu Joffrua şimalın yeganə yürüşdə iştirak edən maqnatı idi. Cənubi Fransadan, Anju, Puatu, Bretan, Limojdan, Periqor, Sentonj, Bordo, Lombardiya və Qavaudon daxil çoxsaylı piyada və atlı (ultramontanos) ilə arxiyepiskoplar Giyyom(Bordo) və Arno-Amori(Narbonna) gəldilər. Toledoya gəlişlərini səlibçilər yəhudilərin döyülməsi ilə başladılar, onları şəhər cəngavərləri bu işdən saxlaya bildi. 1212-ci ilin iyunu Toledoda İspaniya tarixinin ən böyük xristian ordusu yığıldı. Zadəganlar, o cümlədən Kastiliya və Araqonun 16 qrandı (onlardan Biskayya senyoru Diyeqo Lopes de Aro və alferes Alvaro Nunyes de Lara), şəhərlərin çoxsaylı qoşunları, Tarraqona, Barselona, Toledo və öz qoşunları ilə daha 4 kastiliyalı prelat, hərbi ordenlər –tampliyerlərin, Santyaqo (Pedro Arias; bu ordenin kontingenti süvari dəstələri ilə seçilirdi) və Kalatravanın (Rodriqo Dias) magistrları, hospitalyerlərin prioru Gitre Almidos. Yenə cənubi-fransız və başqa səlibçilər –VIII Alfonsonun qeyd etdiyinə görə, 2000 cəngavər, 10000 başqa süvari və 50 min piyada (Rodriqo Himenes sonra yazırdı ki, onlar 10000 dən çox cəngavər və 100 min piyadadan ibarət idi). İyunun əvvəlində qraf-kral Araqonlu II Pedronun(II Pere) 3000 katalon-araqonlu cəngavər qoşunu və Lyeiden güclü arbaletçilər dəstəsi; onlar üçün Pedro VIII Alfonsodan "lazımi məvacib" almışdı. Yenə çoxsaylı portuqal dəstəsi (Las-Navas de Tolosada portuqal kontingenti tərkibində Məbəd cəngavərləri atlıları fərqləndilər), onların kralı Gombul II Alfons(1185–1223, 1211-ci ildən hakimiyətdə) öz köklüyünə görə yürüşdə iştira edə bilmədi. Yürüşün başqa iştirakçıları arasında hətta, öz monarxlarının qadağasına baxmayaraq, bir neçə leonlu və, əfv olunan bir neçə qaçaq kastiliyalı da vardı. Ümumiyətlə, Rodriqo Himenesin qeydinə görə Kastiliya, Araqon, Leon, Qalisiya, Portuqaliya və Asturiya 10 min kabalyeros və 100 min piyada çıxardılar. Kral qoşunları Toledo bağlarında yerləşdirdi və zəruri pul vəsaiti, at və müxtəlif amunisiya ilə təchiz etdi. Şəhər yığma qoşunları yürüşə "yaraq, at və zəruri hər şeylə yaxşı təchiz olunmuş" hazır halda gəldilər, ancaq başqa məsrəfləri, o cümlədən qeyri-kastiliyalı cəngavərlərin gündəlik azuqəsi ümçün 20 solid və qeyri-kastiliyalı piyadalar üçün 5 solid, araqonluların və qeyri-nizami, puatuluların döyüş və yük atlarının və bunları olmayan qeyrilərinin çadır, araba, təçhizat, yaraq və yük xərclərini kral xəzinəsi ödəyirdi.
Arxiyepiskop Rodriqonun hesblamalarına görə, ordu üçün təkçə qatırların sayı 60 min idi. 1212-ci il kampaniyası kastiliyalı ruhanilər üçün onların, dövlət xərclərinə güzəştə getdikləri illik gəlirlərinin yarısı hesabına başa gəldi. Yürüş qabağı kral "olmayanlara amma buna layiq olanlara cəngavər rütbəsi verdi"
Tərəflərin döyüş öncəsi əməliyatları thumb|left|200px|Navarralı Güclü Sanço Las Navas döyüşündə, Ronselvalyas vitrajları
Dözülməz isti vardı, qoşunlar ləng yığışırdı, gözləməli olurdular. İstiyə dözümsüz səlibçiləri bu qıcıqlandırırdı. Ancaq 20 iyunda qoşunlar cənuba Qvadiana vadisinə doğru yürüdülər. Üç sütunla gedirdilər – səlibçilər (onlara Diyeqo Lopes başçılıq edirdi), araqonlular və kastiliyalılar. İki gündən sonra xəlifənin ordusu (əndəluslular, bərbərlər, ərəblər, tam guya ki 600 min) Sevilyadan, Baesa yaxınında dağ rayonu Xaenə sarı hərəkət etdilər və burada dayanıb hadisələrin gedişini gözlədilər. 24 iyunda ultramontanos (ordunun avanqardı) hücumla Malaqon qəsrini aldılar və bütün müdafiəçilərini qırdılar. Səhərisi gün oraya krallar və yük gəldi. "Fransızlar"(bütün səlibçiləri belə adlandırırdılar) istidən gileylənirdilər və qayıtmağı təklif edirdilər, amma onları yürüşü davam etməyi inandırdılar. 27 iyunda xristianlar, Qvadiananın dayaz yerlərində səpələnmiş dəmir bizlərdən yan ötərək köhnə Kalatravanı mühasirəyə aldılar. Qala çayın sahili, divarla, qullələrlə və maşinlarla və İbn Qadinin 70 əskərilə yaxşı müdafiə olunurdu. II Pedro, kalatravalı-cəngavərlər və fransızların bir hissəsi 30 iyunda əsas istehkama hücum etdilər, lakin müsəlmanlar dözdülər və Alfonso 1 iyulda müdafiəçilərin azad buraxılması qarşılığında ərəblərin kapitulyasiyasını qəbul etməli oldu. Əsas hissəsi araqonlulara və səlibçilərə çatan yalın qəniməti bölüşdürərək, krallar Kalatravanı öz ordeninə qaytardılar. Şəhərin itkisini müsəlmanlar böyük qəza kimi qəbul etdilər, xəlifə Kalatravanın müdafiəsinin təşkilatçısı Yusuf ben Kadini edam etdirdi). İki gün sonra arxiyepiskop Giyyom və səlibçilərin əksəriyyəti " xeyir- niyyətə və əmələ xilaf çıxaraq" və ola bilsin ki Kaltravanın təslim edilməsinin bu qədər rəhimli şərtlərindən və istidən narazılıq edərək andlarını pozdular və evlərinə qayıtdılar. Geri qayıdarkən onlar Toledo şəhərini talan etmək istədilər, lakin şəhərlilər darvazaları onların üzünə bağladılar. Ancaq Narbonnlu Arno-Amori (əslən katalan) öz admları ilə, Tibo de Blason (əslən kastilyalı) və onun dəstəsi, Vyenna və Puatudan bir neçə cəngavər, cəmi təxminən 130 cəngavər və bir neçə piyada kralla qaldılar. Bu barədə xəbərlər xəlifəni Xaeni tərk etməyə və şimala Baesə tərəf çıxmağa sövq etdi. Alfonso irəliyə Lamançanın cənub hissəsinə üz tutdu. Alarkos, Karakuel, Banavente və Pyedrabuena qəsrləri yenildi. Bu bəhanə ilə müsəlmanlarla "dostluğunu"(1198–1200-cü illərdə o Afrikada əlmohadlara xidmət edirdi) və kastiliyalılara qarşı nifrətini unudan VII Güclü Navarralı Sançonun (1154–1234, 1194-cü ildən hakimiyətdə) başçılığı ilə 200 cəngavər də səlibçilərə qoşuldu. Qoşun toplandı və həlledici döyüş üçün hazır idi. Yolda ikən kral, onların seyrəlmiş saylarını iki dəfə üstələyən nəhəng müsəlman ordusunun, şəxsən xəlifənin başçılığı altında, Kastilya ilə Əndəlusu ayıran Syerra-Morenanın dərinliklərində, ora aparan yeganə keçid Muradalın arxasında cəmləşdiyini öyrəndi. Qoşunun başqa komandanları ilə məşvərətləşib, Kastiliya kralı Salvatyerranı müsəlmanların əlində buraxıb onları qarşılamağa qərara aldı. Lakin, 13 iyunda şırıma yaxınlaşanda, kral gördü ki o ən dar və hündür yerində müsəlmanlar tərəfindən qapanıb. Azuqə və təçhizat ehtiyatları tükənməkdə idi və artıq Toledoya qayıtmaq barədə danışmağa başladılar ki, (həmişə belə hallarda olduğu kimi) axşam bir nəfər çoban Muradalın yanından keçməklə növbəti (Puerto del Rey?) kanyonuna başqa yol göstərdi. Bu cığırla xristianlar Massa del Rey düzünə çıxdılar və düşərgə saldılar. O yol hətta kalatravalılara da naməlum idi və bu işdən sonra yoxa çıxan çobanı, çoxları Madridin himayədarı, müqəddəs İsidor sandılar. Alfonso Syerra-Morenanı keçdi və, dağ yamaclarından cənubda Tolosanın düzənliklərində (ispanca "navas"), Xaendən 64 km şimala, Hisn əl-İqab adlandırılan yerdə(ya da əl-Ukab; ispanca Kastilyo de la Kvesta, dağ qəsri, indi Kastro Ferral) qoşunlarını döyüş qaydasında yerləşdirərək Əndəlusa daxil oldu. Kolluqlu, kəsişən ərazidə. Məhz burada rekonkistanın ən böyük döyüşü baş verdi.
Döyüşün başlaması right|thumb|250px|Rodriqo Himenes de Radanın latın dilində yazdığı (De rebus Hispaniae) əsəri xristianların bu döyüşlə bağlı əsas məlumat mənbəyi sayılır 14 və 15 iyulda hər iki tərəf qoşunlarını meydana – arxada ehtiyatı saxlayaraq, mərkəz və cinahlara üç alayı bir xəttə çıxarırdılar. Müsəlmanlarda əlavə qabaqda, yüngül silahlanmış bərbərlərdən, ərəblərdən və oxçular dəstəsindən avanqard da durmuşdu, döyüş onların xristianların sıralarına təhrikçi hücumu ilə başladı. Xəlifənin özü, 10 min –qvardiyaçı-zəncinin əhatəsində vəzir Əbu Səid ben Cami ilə aryerqardda idi. Qvardiyaçılar san ki bir birilərinə zəncirlənmişdilər(əslində bu, ola bilsin ki zəncirlənmiş adi payalı çəpər idi). Əmir-əl-üməra qırmızı çadırın qarşısında, bir əlində qılın o birisində Quran, əynində sələfi Əbd əl-Möminin qara paltarı, qalxanın üstündə oturmuşdu, həm də -İbn Əli Zarın yazdığına görə -eyni vaxtı xəlifə atının yüyənini də saxlayırdı. (Qələbədən sonra Alfonso papaya xəlifənin bayrağını –o bizim vaxta qədər qalır,-amma bəziləri onu ən-Nəsirin çadırın parçası hesab edirlər, qənimət kimi göndərdi.) A. Uisinin qiymətləndirməsinə görə, xristianların sayı 70–80 min, müsəlman tarixçisi onların sayını 160 min göstərir, əlmohadların tərəfində isə 100–150 min nəfərlik qoşun vardı.