Nikolay Dmitriyeviç Petruxin () — Sovet İttifaqı Qəhrəmanı (20 aprel 1945).
Həyatı Nikolay Petruxin 1908-ci ildə Bakıda anadan olub. Milliyətcə rusdur. 1941-ci ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Matros idi. Müharibə başlayana qədər Bakıda neft mədənlərində işləmişdir. Bir çox döyüş əməliyyatlarında iştirak etmişdir.
26 mart 1944-cü ildə Ukraynanın Nikolayev vilayətində həlak olmuşdur.
20 aprel 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Lenin ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir.
Kitablardan Bakıda dünyaya göz açmış Nikolay Petruxin Suraxanıda yaşamış və 30-cu illərin əvvəlində hərbi xidməti qurtarıb, yenə də Bakıya qayıtmış, neft sənayesi ndə işləmişdir. Böyük Vətən Müharibəsi başlandıqda N.Petruxin Qara dəniz donanmasında xidmətə göndərilmiş və snayper peşəsinə yiyələnmişdir. 1944-cü ilin martında Nikolayev şəhərinin azad edilməsi üzrə desant əməliyyatında iştirak edən N.Petruxin şəxsi qəhrəmanlıq göstərmişdir: iki gün ərzində düşmənin 18 hücumu dəf edilmişdi. Çox ağır keçən bu döyüşlərin birində N.Petruxin həlak olmuşdur. Sovet İttifaqı Qəhrəmanı adı ona 1945-ci ilin 20 aprelində verilmişdir
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ruslar Kateqoriya:Bakıda doğulanlar