Teodor Vilyam Şults () (20 aprel 1902 - 26 fevral 1998) — amerikalı iqtisadçı. 1979-cu ildə İqtisadiyyat üzrə Nobel mükafatını Artur Lyuislə bölüşdürmüşdür. Həyatı Teodor Şults 1921-ci ildə əkinçilik üzrə təhsil almaq üçün ABŞ-də Cənubi Dakota Universitetinə daxil olmuş və 1927-ci ildə məzun olaraq diplom almışdır. Sonra Viskonsin-Medison Universitetində doktorluq dərəcəsi almaq üçün çalışmış, 1927-ci ildə doktorluq dərəcəsinə yüksəlmişdir.

1930-1943-cü illərdə ABŞ-nin Ayova Ştatı Universitetində dərs vermiş, daha sonra Çikaqo Universitetində professorluğa yüksəlmişdir. 1998-ci ildə ABŞ-nin İllinoys ştatının Evanston şəhərində ölmüşdür.

Teodor Şultsu məşhur edən tədqiqatları onun həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin aqrar sektorunun inkişaf etdirilməsi ilə bağlıdır. Onun insan kapitalı, xüsusən də elm kapitalı ilə bağlı apardığı tədqiqatlar XX əsrdə bir sıra dövlətlərin öz iqtisadi siyasətlərini müəyyənləşdirməsində rol oynamışdır. 1979-cu ildə aqrar sektorun iqtisadiyyatına verdiyi töhfələrinə görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Əsərləri 1951, Measures for Economic development of Underdeveloped Countries 1959, Investment in Man: An Economist’s View, The Social Service Review XXXIII, 2, iyun 1959, Human Wealth and Economic Growth, Humanist 1960, Capital Formation by Education, Journal of Political Economy 1961, Investment in Human Capital, American Economic Review 1962, Reflections on Investment in Man, Journal of Political Economy 1963, The Economic Value of Education, New York: Columbia University Press 1964, Transforming Traditional Agriculture 1971, Investment in Human Capital: The role of education and of research 1972, Human Resources, Human Capital: Policy issues and research opportunities 1975, The Value of the Ability to Deal with Disequilibria, Journal of Economic Literature. 13, no. 3 (Eylul 1975): səhifə 827–846 1978, Migration: An economist's view, in McNeil ve Adams, eds., Human Migration 1979, Life Span, health, Savings and Productivity, with R. Ram, Economic Devevelopment and Cultural Change 1979, Concepts of Entrepreneurship and Agricultural Research. Kaldor Memorial Lecture, Ayova Ştatı Universiteti, noyabr 1980, The Economics of Being Poor, Journal of Political Economy 1981, Investing in : The Economics of Population Quality 1982, Investment in Entrepreneurial Ability, Scandinavian Journal Economics 82, no. 4, səhifə 437–448

Həmçinin bax İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı

Xarici keçidlər Teodor Şults haqqında Nobel mükafatı e-muzeyində məlumat Teodor Şults haqqında faktlar Teodor Şultsun İqtisadiyyat üzrə Nobel mükafatının təqdimolunma mərasimindəki çıxışı

İstinadlar

Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:Cənubi Dakota Ştat Universitetinin məzunları Kateqoriya:Viskonsin-Medison Universitetinin məzunları Kateqoriya:XX əsr iqtisadçıları Kateqoriya:Almanəsilli amerikalılar