Latviya (), köhnə mənbələrdə LetoniyaAzərbaycan Respublikasının Paris Sülh konfransındakı nümayəndəliyinin başçısı Ə. M. Topçubaşovun Nazirlər Şurasının sədrinə məktubu. 06–10.11.19197/ARDA, f.970, s.1, i.146, v.19 () və ya Liflyandiya, Azərbaycan ədəbiyyatı (F. Köçərli, I cild)/Abbasqulu ağa Bakıxanov "Qüdsi" təxəllüs. (2016, avqust 22). Vikimənbə, "Bütün Qafqaz sərhəddini, Don nəhrinin səvahilini, Malorossiya, Velikorusiya, Liflyandiya, Litfa, Lehistan ölkələrini səyahət etdim. Buralarda həm dövlət başında məqam və mənsəb sahibi olan kəslər ilə və həm elm və mərifət sahibləri ilə tanışlıq və dostluq etməklə bəxtiyar olmuşam." rəsmi adı ilə Latviya Respublikası (, ) – Şimali Avropada dövlət. 1 yanvar 2015-ci il tarixli rəsmi məlumata əsasən əhalisi 1 988 400 nəfərdir. Ərazisi 64 589 km².-dir. Əhalisinin sayına görə dünyada 147-ci, ərazisinə görə 122-ci yeri tutur. Paytaxtı Riqa şəhəri, dövlət dili latış dilidir. Latviya şimalda Estoniya, şərqdə Rusiya, cənub-şərqdə Belorusiya, cənubda Litva ilə həmsərhəddir. Pul vahidi — avro. Latviyanın dövlət müstəqilliyi 18 noyabr 1918-ci ildə elan edilmişdir. 1940–1991-ci illərdə SSRİ-nin tərkibində olmuşdur. Azərbaycan Latviyanın müstəqilliyini 30 avqust 1991-ci ildə tanımışdır. Latviya Azərbaycanın müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. Ölkələr arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Latviyada səfirliyi 2005-ci ildə açılmışdır.

Etimologiya Latvija sözü qədim latqallardan gəlir. Onlar digər Hind-Avropa tayfaları və bundan əlavə baltik finlər olan livlər ilə müasir latışların etnik kodu qurdular. "Letiya" (Lettia, Letthia, Leththia) sözünə ilk dəfə "Letiya" şəklində Henrix salnamələrində (1209) rast gəlinmişdir. Əvvəldən almanlar qədim latqalların yaşadığı torpaqları belə adlandırırdılar. Latvija sözü latış dilinə litva dilindən gəlib. Litva dilində bu söz latışların adından () yaranmışdı.Латвия — генезис понятия

Əhali

Dil Latviyanın rəsmi dili ölkədə ən çox danışılan latış dilidir. Ölkədə ikinci ən çox danışılan dil rus dilidir. Bundan əlavə, ölkənin bəzi regionlarda livon (əsasən Kurzemedə) və latqal (əsasən Latqaliyada) dillərindən istifadə edilir.

Din

Latviyada ən böyük din Xristianlıqdır, amma əhalinin sadəcə 7%-i müntəzəm şəkildə dini yığıncaqlarda iştirak edir.

Ərazi Ərazisi 100 diyar və 9 Respublika şəhərlərdən ibarətdir.

Xarici keçidlər http://www.vietas.lv/ http://www.latviatourism.lv/<gallery><gallery> Latvijas Statistika : Recommendations for the 2000 Censuses of Population and Housing in the ECE region jointly prepared by the UN ECE and Eurostat

İstinadlar

Kateqoriya:Avropa İttifaqına üzv dövlətlər Kateqoriya:BMT üzvü olan ölkələr Kateqoriya:Aralıq dənizi İttifaqına üzv dövlətlər Kateqoriya:NATO üzvü olan ölkələr Kateqoriya:1991-ci ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:1990-cı ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Respublikalar Kateqoriya:Unitar respublikalar