Mustafa Sandal () — Türkiyə ifaçısı, söz yazıçısı, bəstəkarı və aktyoru.
Həyatı və fəaliyyəti Mustafa Sandal 11 yanvar 1970-ci il tarixində Türkiyənin İstanbul şəhərindən Yusuf Sandal və Tülin İlerinin ailəsində dünyaya gəlmişdir. Məktəb illərində musiqi dərslərinə daha çox maraq göstərirdi. Vokal musiqiyə və daha çox gitarada ifa edilən musiqiyə daha çox önəm verirdi. Musiqi eşidəndə, musiqi boyu müxtəlif alətləri və onların melodiyalarını seçə bilirdi. Mustafa Sandal İsveçrənin Cenevrə şəhərində yerləşən "Collège du Léman" kollecini bitirdikdən sonra ABŞ-də yerləşən Hempşir kollecinə () daxil olur. Buranı bitirdikdən sonra İstanbula qayıdır. Bir müddət sonra bəstəkarlarla çalışaraq bir çox ifaçılar üçün mahnı sözləri yazmağa başlayır. Bu ifaçılar sırasında Ayşegül Aldinç, Hakan Peker, Zerrin Özer və bir çox məşhur türk ifaçıları vardır. Şəxsi musiqi karyerasına 1994-cü ildən başlayır. Həmin ildə "Suç Bende" albomunu çıxarır və populyarlıq əldə edir.Billboard Mustafa Sandal
Diskoqrafiya İl Albom İstehsalçı Satışlar 1994 Suç Bende Şahin Özer Plak 1.800.000 1996 Gölgede Aynı 3.500.000 1998 Detay Prestij Müzik 2.500.000+1999 Araba Sony Music 2.000.000 2000 Akışına Bırak Prestij Müzik 1.500.000 2002 Kop Erol Köse 800.000 2003 Maxi Sandal 2003 750.000 2003 Seven Universal Müzik 605.000 2004 İste Erol Köse850.000 2005 Yamalı Tövbeler 100.000 2007 Devamı Var Seyhan Müzik 200.000 2009 Karizma 100.000
İstinadlar
Xarici keçidlər IMDB səhifəsi Şəxsi vebsaytı
Kateqoriya:Türkiyə müğənniləri Kateqoriya:İstanbulda doğulanlar Kateqoriya:Qızıl Kəpənək mükafatı laureatları Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları