() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Təsviri Böcək 16-38 mm uzunluqdadır. Bədəninin rəngi qara olub, üzəri açıq rəngli tükcüklərlə örtülüdür. Nadir hallarda tükcüklər qara rəngdə olur. Qanadüstlükləri adətən yan tərəflərdə və zirvədə açıq rənglidir. Üzlərindəki punktirlər uzununa xətlər əmələ gətirir. Bığcıqlar birrəngli olub üzərləri tükcüklərlə örtülməmişdir.
Yayılması Türkiyə, Ermənistan, Azərbaycan ərazisində - Naxçıvan MR-də (Ordubad, Buzqov, Biçənək) yayılmışdır.
Həyat tərzi Dağ, dağətəyi və quru dağ yamaclarındakı kserofil bitki örtüyü olan yerlər. Yazda və yayın əvvəllərindən başlayaraq, böcəklər nadir hallarda ferula cinsindən olan iri (çətirçiçəklilər fəsiləsi) bitkilərin gövdə və köklərində görünür və sürfələri orada inkişaf edir. Puplaşma torpaqda gedir. Pup mərhələsində qışlayır. İldə bir nəsil verir. Təbii düşmənləri naməlumdur.
Sayı 1967-ci ildə M.L.Danilevski tərəfindən Naxçıvan MR-də 1 fərd, 1982-ci ildə 2 fərd və 1983-cü ildə 1 fərd qeydə alınmışdır.
Məhdudlaşdırıcı amillər Əsas məhdudlaşdırıcı amillər skovits uzunbığının qida bitkisi olan ilankölgəsinin (Ferula sp.) insanlar tərəfindən qaramalın balaları üçün yem kimi istifadə olunması, böcəyin yaşadığı ərazilərin mal-qara tapdağına məruz qalmasıdır. Həmçinin kolleksiyaçilar tərəfindən tutulması da böcəyin sayının azalmasında rol oynayır.
Qorunması üçün qəbul edilmiş tədbirlər Tədbir görülməyib.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Skovits uzunbığının yaşadığı ərazilərdə ilankölgəsi bitkisinin insanlar tərəfindən kütləvi surətdə toplanmasını və insanların kənd təsərrüfatı fəaliyyətini qadağan etmək məsləhət görülür. Böcəyin sayi və yayılma arealı barədə yeni məlumatların əldə edilməsi üçün hər il yaşayış ərazilərinə monitorinqlər təşkil edilməlidir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Asiya faunası Kateqoriya:Avrasiya həşəratları