Xrizip () — Pulcuqqanadlılar fəsiləsinin nimfalidlər fəsiləsinə aid kəpənək növü.

Təsviri Qanadları açıq halda 66–88 mm-dir. Ön qanadın uzunluğu 33–43 mm-dir. Başı və döşü qara olub, parlaq dairəvi ağ ləkələrlədir. Ön qanadların zirvəsindən çoxsaylı ağ dairəvi ləkələrdən ibarət çəpinə enli zolaq keçir. Alt səthdə də anoloji naxış vardır, lakin ağ zolaqla qanadın zirvəsi arasında sarı və ya kərpici-sarı zolaq yerləşir. Qanadın qalan hissəsi şabalıdı-qəhvəyi rəngdədir. Arxa qanadlar dairəvi formada və kərpici-sarı rəngdədir. Dişi fərdin arxa qanadları üzrində 3, erkək fərddə isə 4 qara ləkə vardır. Cinsi dimorfizm zəif ifadə olunmuşdur.Azərbaycan Qırmızı Kitabı. 1989 İl

Yayılması Yunanıstan, İspaniya, Kiçik Asiya, Suriya, Kipr, İran, Hindistan, cənub-qərbi Çin, şimali, mərkəzi və şərqi Afrika, Madaqaskar, Kanar adaları, Orta Asiya, Qərbi Qazaxıstan, Cənubi Qafqaz ərazilərində rast gəlinir. Azərbaycanda Lənkəran ovalağında yayılmışlar.Azərbaycan Qırmızı Kitabı, Bakı, II Cild, 2013

Həyat tərzi Arx, kanal və su hovuzları yaxınlığında sıx bitkili açıq sahələrdə yayılırlar. Kəpənəklər sentyabr-oktyabr aylarında uçuşur, elə bu vaxt yumurtalarını quduzotu fəsiləsindən olan Cynanchum acutum, bitkisi üzərinə qoyur, may-iyun aylarında tırtıllar bu bitkilərin yarpaqları ilə qidalanır. Azərbaycanda ildə bir, tropiklərdə isə 12 nəsil verir. Təbii düşməni və xəstəlikləri məlum deyil.Щеткин Ю.Л. Высшие чешуекрылые Вахшской долины (Таджикистан). Сталинабад, 1960, 303 с.;

Sayı Talışda R. Əffəndi tərəfindən 2 kəpənəyi qeydə alınmışdır.

Məhdudlaşdırıcı amillər Hirkan qoruğundan kənar ərazilərdə kəpənəyin yayıldığı biotopların insanlar tərəfindən istifadəsi, qida bitkilərinin biçilməsi.

Qorunması üçün qəbul edilmiş tədbirlər Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxildir. Hirkan Milli Parkında qorunur.

Qorunması üçün məsləhət görülmüş tədbirlər Hirkan qoruğundan kənarda qalan təbii yaşayış yerlərində kəpənəyin qida bitkilərinin qorunması.

Şəkillər

İstinadlar

Ədəbiyyat Azərbaycan Qırmızı Kitabı. 1989 İl Azərbaycan Qırmızı Kitabı, Bakı, II Cild, 2013 Рябов М.А. Чешуекрылые Кавказа. Животный мир СССР, т. V, М.–Л., изд-во АН СССР, 1958, с. 351–475; Щеткин Ю.Л. Высшие чешуекрылые Вахшской долины (Таджикистан). Сталинабад, 1960, 303 с.; Эффенди Р.М. Высшие чешуекрылые Азербайджана. Автореф. дис. канд. биол. наук, Баку, 1971, 24 с.; Коршунов Ю.П. Каталог булавоусых чешуекрылых (Lepidoptera, Rhopalocera) фауны СССР. Энтомологич. обозрение, т. LI, вып.1–2, 1972, с. 136–154, 352–368; Staudinger O. Catalog der Lepidopteren des palaearctischen Faunengebietes. I Theil. Berlin, 1901, 411 p.

Xarici keçidlər

Kateqoriya:Nimfalidlər Kateqoriya:1758-ci ildə təsvir edilən kəpənəklər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Asiya faunası Kateqoriya:Avropa faunası Kateqoriya:Afrika faunası Kateqoriya:Avrasiya həşəratları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları