Qüvvətli antofora () — Antofora cinsinə aid növ.

Təsviri Uzunluğu 16-18 mm-dir. Üz, üst dodaqlar və üst çənələr sarı ləkəlidir. Döş tamamilə sıx, sarımtıl ağ tüklərlə örtülmüşdür. Qarıncığın ilk 2 tergiti qısa sarımtıl tüklərlə örtülüdür. Arxa ətraflarda “səbətciyin” tükləri ağ, qanadları isə şəffaf ağdır.Azərbaycan Respublikasının Qırmızı Kitabı.Fauna, II nəşr, Bakı, 2013, 518 s. (s.76-77)

Yayılması Cənubi Avropa, Kiçik Asiya, Qafqaz, Rusiya, Suriya, İsrail, İran, Türkmənistanda yayılmışdır Antropov A.V., Astafurova Yu.V., Belokobylskij S.A., Byvaltsev A.M., Danilov Yu.N., Dubovikoff D.A., Fadeev K.I., Fateryga A.V., Kurzenko N.V., Lelej A.S., Levchenko T.V., Loktionov V.M., Mokrousov M.V., Nemkov P.G., Proshchalykin M.Yu., Rosa P., Sidorov D.A., Sundukov Yu.N., Yusupov Z.M., Zaytseva L.A. 2017. Annotated catalogue of the Hymenoptera of Russia. Volume I. Symphyta and Apocrita: Aculeata. Saint Petersburg, Supplement № 6, 475 p.. Azərbaycanda Şamaxı, Lerik, Naxçıvan MR-də rast gəlinir. Алиев Х.А., Магеррамов М.М. К изучению пчелиных рода Anthophora Latreille, 1803 (Hymenoptera, Apoidae, Anthophoridae) Нахичеванской Автономной Республики \\ Горные экосистемы и их компоненты, Труды международной конференции, Москва, 2007, часть 1, с. 40;

Həyat tərzi Aşağı dağlıq çöl və yarımsəhra landşaftlarında rast gəlinir. Erkən yazda uçur. Daşlıq ərazilərdəki torpaqlarda yuva qurur. Daha çox paxlalıların üzərində qidalanır.

Sayı Nadir rast gəlinən növdür.

Məhdudlaşdırıcı amillər Yuvalarının dağıdılması, çiçəkləyən bitki sahələrinin biçilməsi və mal-qaranın otarılması nəticəsində azaldılması.Алиев Х.А. К познанию фауны пчелиных (Hymenoptera, Apoidae) Восточных районов Малого Кавказа Азербайджана \\ Мат.науч.конференции аспирантов АН Азерб ССР. КН. II., Баку: Элм, 1980, с. 33.

Qorunması üçün məsləhət görülmüş tədbirlər Bu arıların yuvalama yerlərində əkin-şum işlərinin aparılmaması, kimyəvi dərmanlamanın qadağan edilməsi.

İstinadlar

Mənbə Biolib Checklist of the Western Palaearctic Bees (Hymenoptera: Apoidea: Anthophila) Həmçinin bax Fars zolaqlı arısı

Kateqoriya:Əsl arılar