Erdenet (, ) - Monqolustanın Orxon aymakının mərkəzi şəhəri. Şəhər Selenga və Orxon çayları arasındakı Orxon vadisində, paytaxt Ulan-Batordan 241 km şimal-qərbdə yerləşir. Şəhərin sahəsi 208,0 km2, əhalisinin sayı isə 83 379 nəfərdir.
Tarixi Erdenet, Monqolustanın ən yeni yaşayış məskənlərindəndir. 1950-ci illərdə böyük mis yatağı kimi aşkarlanmış və 1974-cü ildə əsası qoyulmuşduMichael Kohn: Mongolia, p. 142, London 2008. Trans-Monqol dəmir yol xətti ilə Erdeneti 1977-ci ildə istifadəyə verilən 121 km-lik dəmiryolu xəttinin açılışı olduWerner Elstner: Mongolei, p. 146, Berlin 1993. 1980-cı illərin ortalarında əhalinin böyük qismi mühəndis və ya şaxtaçı işləyən ruslardan ibarət idi.1990-cı ildə Sosializmin süqutundan sonra ruslar şəhəri tərk etdi. Bu gün əhalinin 10%-i rusdur.
İnfrastrukturu Şəhərdə müxtəlif xidmətlər təklif edən mağazalar, mağazalara nisbətən böyük xəstəxanalar, stadionlar, bir neçə mehmanxana və restoran fəaliyyət göstərir. Şəhərdən ölkənin paytaxtı Ulan-Batora avtomobil yolu ilə bir günə çatmaq olar. Həmçinin Darxan və Bulgan aymaklarına da yaxındır. Ən yaxın hava limanı şəhərdən 370 km məsafə uzaqlıqda yerləşir və avtomobillə bu yolu 8 saata qət etmək olur.
Görməli yerləri Şəhər mərkəzindən 6 km şərqdə yerləşən turist gəzintilərinə icazə verilən şaxta. 1983-сü ildə yaradılan Aymak muzeyi Şəhərin mərkəzi meydanında yerləşən Mədəniyyət Sarayında Mis muzeyiMichael Kohn: Mongolia, p. 144, London 2008 1984-cü ildə Erdenetin şimal-şərqində yerləşən yüksəklikdəki Qardaşlıq Abidəsi
Qardaşlaşmış şəhərlər Feyrbanks, ABŞ , ŞekesfehrbarBozsoki, Agnes. (Macarca). City of Székesfehérvár. İstifadə tarixi:2015-11-5, Macarıstan Ulan-Ude, Buryatiya, Rusiya
Qalereya
İstinadlar
Kateqoriya:Monqolustan şəhərləri Kateqoriya:Orxon aymakı