Qədirli və ya Qədili — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 22 km cənub-şərqdə, Qədili kanalının yanında, Varsaq dağının ətəyində, Çapan çayının kənarında yerləşmişdir.
1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Qədli kimiİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.173, Qafqazın 5 verstlik xəritəsində Qadılu fonetik formasındaПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.107 qeyd edilmişdir. Kəndin adı XVIII əsr mənbəyində Ağkilsəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s. 106 erməni mənbələrində Qədirlierm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s. 154 kimi də göstərilir.
Kəndin tarixi adı Qədili olsa da, Sovet hakimiyyəti illərində Qədirli kimi rəsmiləşdirilmişdir.
Toponim türk mənşəli qədili nəsil adı əsasında yaranmışdır. Qədili tayfası qaşqayların bir tirəsi olmuşdur(90, s.281. Patronomik toponimdir. Quruluşca düzəltmə toponimdir.
Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lancanist qoyulmuşdur.
Əhalisi Kənddə 1831-ci ildə 45 nəfər, 1873-cü ildə 389 nəfər, 1886-cı ildə 497 nəfər, 1897-ci ildə 588 nəfər, 1904-cü ildə 827 nəfər, 1914 - cü ildə 839 nəfər, 1916-cı ildə 697 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.86-87, 154-155.
1918-1919-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 1926-cı ildən burada ermənilər yaşamağa başlamışdır.
Qədirlidə 1919-cu ildə 900 nəfər əhalisi olmuşdur. Andranikin silahlı dəstələri kəndi yerlə-yeksan etmişdir. əhalisinin bir hissəsi qılıncdan keçirilmiş, işgəncələrlə öldürülmüşdür. Sag qalanlar qovulmuşlar. Kənd sonralar ermənilərin əlinə keçmişdir.Eldar İsmayıl. "Zavallı ermənilər, yoxsa zalım ermənilər…", Bakı, 2014.
İstinadlar
Kateqoriya:Vedibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri