thumbnail Pançala (sanskrit dilində: पांचाल, Pāñcāla IAST) — Şimali Hindistanda müasir Uttarakhandhttp://www.india9.com/i9show/-Uttaranchal/Ramnagar-30739.htm India9.com: Ramnagar, Uttarakhand və Uttar Pradeş ştatlarının ərazisində, Qanq və Camna çayları arasında yerləşən tarixi region.

Haqqında Veda dövründə Pançala çarlığı urbanizasiya mədəniyyətinin mərkəzi olmuşdur. Bu dövr təxminən e.ə. 1100-cü ildə meydana gələn və e.ə. 600-cü ildə tənəzzül edən boz cizgili mədəniyyət dövrü ilə səciyyələnir. O zaman Pançala Maxacanapad (Sanskrit dilində: "böyük şəhər" — Budda mənbələrinə əsasən Hindistanın şimal və şimal-qərb hissəsi) ərazisində Buddanın doğulmasınadək mövcud olmuş on altı dövlətdən biri idi. Bu regionda iki veda təriqəti — ŞaunakaШаунака // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907 və TayttiriyaAlbrecht Weber, Die , Leipzig, Indische Studien 11–12, Brockhaus (1871, 1872) etext geniş yayılmışdır.

Pançala yuxarı Himalay ilə Qanq çayı arasındakı ərazidə yerləşirdi. Bu region iki hissəyə Uttara-Pançala və Dakşina Pançalaya bölünürdü. Uttara-Pançalanın paytaxtı müasir Ramnaqar şəhərinin yerləşdiyi ərazidə mövcud olmuş Axiçatra şəhəri idi. (Tarixi mənbələrdə bu şəhər Adxiçxatra və ya Çxatravati adları ilə də qeydə alınmışdır). Dakşina-Pançalanın paytaxtı isə mənbələrdə Kampilya və ya Kampil adları ilə tanınan şəhər olmuşdur. Pançalanın ərazisində, həmçinin məşhur Kanyakubca (Kannauc) şəhəri də yerləşirdi.

Mənbə Witzel, Michael (1995), "Early Sanskritization: Origin and Development of the Kuru state", EJVS vol. 1 no. 4 (1995) Raychaudhuri, H. C. Political History of Ancient India, Calcutta: University of Calcutta,(1972) Lahiri, B. Indigenous States of Northern India (Circa 200 B. C. to 320 A. D.), Calcutta: University of Calcutta, (1974).

Xarici keçid Coins of Panchala janapada Panchal Details from IGNCA Coins of Post-Mauryan Panchala Kingdom

İstinadlar Kateqoriya:Hindistan Kateqoriya:Hindistanda yaşayan etnik qruplar Kateqoriya:Hind-ari xalqları Kateqoriya:Tarixi Asiya xalqları Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Tarixi krallıqlar