Dxirubxay Ambani (, ; ) — Hindistan milyonçusu, dünyanın ən zəngin adamlarından biri; "Reliance Industries Ltd"nin qurucusu.Leyla Əliyeva. "Milyonçu" layihəsi: Altı yüz qulluqçu ilə 27 mərtəbəlik binada qalan milyarder . publika.az, 25.07.2014
Həyatı Dxirubxay Ambani 28 dekabr 1932-ci ildə Çorvadda anadan olmuşdur.
2002-ci ildə 60 milyard dollar sərvəti ilə dünya ən varlı adamlarının siyahısında ikinci sırada yer almış Dxirubxay Ambani öz biznesinə cəmi 350 dollarla başlamışdır. Belə ki, o, ilk əvvəl səyyar satıcı olmuşdur. Bir qədər gəlir əldə etdikdən sonra əlindəki vəsaiti tekstil sənayesinə yatırır və Əhmədabad zonasında fabrik açır. 1966-cı ildə məşhur "Reliance Industries" şirkətini yaradır və Hindistanın ən varlı adamlarından birinə çevrilir.
6 iyul 2002-ci ildə Mumbayda vəfat etmişdir.
Ailəsi Dxirubxay Ambani Kokilaben Ambani ilə evli idi. Onların bu nikahdan 2 oğlu və 2 qızı var: Mukeş, Anil, Nina və Deepti.
Dxirubxay oğullarına yüksək təhsil vermişdir. Vəfatından sonra onun sərvətini bölüşdürmək qardaşlar üçün heç də asan olmamışdır. Ataları vəfat etdikdən sonra onlar bir müddət ailə sərvətini birgə idarə edirlər. Hətta uğurları Amerikanın "Time" jurnalında "Asiyanın sahibi ailələr" başlığı ilə manşetə də çıxır. Amma onların bu mehribançılığı uzun çəkmir və qardaşların arasında narazılıq yaranır. Belə ki, Anil iş həyatında Mukeşin kölgəsində qalmaqdan bezir. Ailədə baş verən münaqişə 7 ay bütün ölkə gündəmində olur. Nəticədə qardaşların anası – Dxirubxayın həyat yoldaşı Kokilaben Ambani ailə sərvətini onlar arasında bölüşdürməyi qərara alır. Mukeş neftkimya, tekstil, enerji sənayelərini, eləcə də "Reliance Industries"un adını özündə saxlayır. Anilə isə "Reliance Capital" (sığorta şirkəti, bank), "Reliance Communications" (Hindistanın ən böyük ikinci mobil operatoru) verilir. O, biznes yoluna "Reliance Anil Dhirubhai Ambani Group" adı altında davam edir. Anlaşmaya görə, qardaşlar 10 il boyunca bir-birinə rəqib olacaq heç bir sahəyə investisiya qoymamaq öhdəliyi götürürlər.
Xatirəsi Mumbayda 2003-cü ildən Dxirubxay Ambani Beynəlxalq Məktəbi fəaliyyət göstərir."Dhirubhai Ambani International School" . da-is.org Mumbayda 2010-cu ildən Dxirubxay Ambani Fondu fəaliyyət göstərir.Reliance Foundation Official Website . reliancefoundation.org
İstinadlar
Xarici keçidlər Founder Chairman, Reliance Dhirubhai Ambani Institute of Information and Communication Technology "Remembering the Prince of Polyester," Time Magazine, 15 July 2002 Dhirubhai Ambani in Memoriam, Rediff.com Dhirubhai Ambani from peopleforever.org Dhirubhai Ambani from dhirubhai.net "The Polyester Prince": Hamish McDonald Dhirubhai Ambani addressing at the ChemTech Foundation – PharmaBiz.com – Thursday, 23 January 2003 Dhirubhai gave management a whole new 'ism' A.G. Krishnamurthy on Rediff.com Mukesh Ambani Son of Late Sh. Dhirubhai Ambani
Kateqoriya:Hindistanda doğulanlar Kateqoriya:Ambani ailəsi Kateqoriya:Hindistan milyarderləri Kateqoriya:İş adamları Kateqoriya:Mumbayda vəfat edənlər Kateqoriya:İnsultdan vəfat edənlər