Pioner adası — Şimal Torpağı arxipelaqının şimal-qərbində yerləşir. Sahillərini Kara dənizinin suları yuyur. İnzibati cəhətdən Rusiyayanın Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarına daxildir.

Coğrafiyası Arxipelaqın qərb hissəsində yerləşir. Komsomoles adasından eni 4–9 km plan Yunıy boğazı , Oktyabr İnqilabı adasında isə eni 9–14 km olan Qırmızı Ordu boğazı ilə ayrılır. Sahəsi 1522 km²təşkil edir. Uzunluğu 58 km, eni 25 km təşkil edir. Adanın cənub-şəqində yarımada yerləşir ki, onun uzunluğu 7 km, eni isə 5 km olur. Adadan qərbdə Krupskoy adası yerləşir.

Adanın böyük hissəsində sahillər nisbətən hündürdür. Şimal sahillərində çoxlu sayda burun və körfəzlər vardır. Cənub və şərq sahillərindən dənizə çaylar axır. Adanın ən böyük çayları: İlistaya, Klıkovaya, Vernaya, Skoraya, Sbitaya, Buyanka, Struyka, Pionerka (30 km), Qovorlivaya və Kotelçataya (25 km). Çayların böyük qismi cənuba və şərqə axır. Böyük gölləri yoxdur. Kiçik göllərin sahəsi 2–3 km² olur .

Ada ərazisində iki iri buzlaq vardır. Pioner buzlağında adanın ən hündür nöqtəsi 385 metr təşkil edir. Adanın orta hündürlüyü 40–90 m təşkil edir. Ada demək olar ki, bütünlüklə alçaq təpəliklərdən ibarətdirRelyef.

Adanın qarla örtülü olmayan sahələrində bitkilər aləmi çox zəyifdir. Adanın cəmi 10% -də tundra yayılışdır. Qalan hissələrdə isə Arktika səhraları yayılmışdır. Bitkiləri əsasən mamırlar və şibyələrdir. Tarixi Ada ilk dəfə 1932-ci ilin iyununda Georgi Alekseyeviç Uşakov tərəfindən aşkarlanır 1 dekabr 2006-cı ildə Taymır muxtar diyarının qanunveriçi orqanı Dumada axipelaqa daxil adaların adlarının dəyişdirilməsi haqqında qərar qəbul edilir. Ancaq Krasnoyarsk diyarının qanunvrici orqanı bu dəyişiklikləri qəbul etmir.

Yaxınlığında yerləşən adalar Kaplya — elə də böyük olmayan ada, 300 m uzunluğa malikdir. Poputnıy adası — qayalıqdan ibarət olan ada 4 km uzunluğa, 1,4 km enə malikdir. Pioner adasından 650 metr şimalda yerləşir. Krupskoy adası — Pioner adasından Lodoçnıy burnu ilə ayrılır. Boğazın uzunluğu 17 km, eni 8 km-dir.

İstinadlar

Kateqoriya:Krasnoyarsk diyarı adaları Kateqoriya:Kara dənizi adaları Kateqoriya:Şimal Torpağı adaları Kateqoriya:Kara dənizinin yaşayış olmayan adaları