Bennett adası — De-Lonq adaları qrupuna daxil olan Şərqi Sibir dənizində yerləşən ada. Rusiyaya məxsus olan ada Yeni Sibir adalarının şimal-şərqində yerləşir. Adanın sahəsi 150 km², ən hüündür nöqtəsi 426 metr təşkil edir. İnzibati cəhətdən Saxa Respublikası ərazində yerləşir.

Coğrafiyası thumb|300px|Emmelin burnu. Ada cənub qərbdən şimal-şərqə istiqamətlənmiş formadadır. Cənub-qərbdə Emma burnu yerləşir. Bu ad De Lonqun arvadı Emmanın şərəfinə adlandırılmışdır. Sofii vurnu cənub-şərqdə yerləşir və Kolçanık gəlininin şərəfinə adlandırılmışdır. Emmelin burnu isə adanın şimal şərqində yerləşir. Bu ad isə baron Tollyanln arvadının şərəfinə adlandırılıb. Ada 1903-cü ildə Kolçatın ekspedisiyası zamanı baş çəkilirСинюков В.В. Александр Васильевич Колчак : Ученый и патриот : в 2 ч./ В.В. Синюков ; отв. ред. А.П. Лисицын ; Ин-т истории естествознания и техники им. С.И. Вавилова РАН. — М.: Наука, 2009. — ISBN 978-5-02-035739-6, С. 195. Emma və Emmelin burunları arasında məsafə 28 km təşkil edir. Adanın bütünlüklə ərazisi buzlarla örtülü olur. Bircə sahildə yerləşən qayalıqlar istisnafır.

Adanın cənub-qərbində Emma burnu yaxınlığında De Lonq dağı (426 m) yerləşir. Bu zirvə bütün Yeni Sibir adalarının ən hündür zirvəsidir

Tarixi left|295px|thumb|"Jannett", 1878 Ada ilk dəfə 1816 ildə sşkarlanır və Xramçenko adlandıtılır. Ada Vasiliya Stepanoviç Xramçenkonun şərəfinə adlandırılıb (Kapitan-Leytenant, 1792–1849)Popov S, V., Troiski V. А. Sovet Arktika dənizlərinin toponimikası. -L., 1972. S. 278.

iyul 1879-cu ildə De Lonq Jannett gəmisində 32 nəfərlik ekipajla Çukot yarımadası istiqamıtində üzürdü. O, Norşildin "Veqa" gəmisini tapmaq ümidi ilə Alyaskada dincəldindən sonra 1879-cu ilin avqustunda Berinq boğazı keçir. Elə burada De Lonq Nordşildin Şimal Qütbünə üzdüyünü örgənir. 5 sentyabr 1879-cu ildə Herald adası yaxınlığında gəmi buzların arasında ilişərək qalır hətta qayıqda sızma baş verir. 1881-ci ildə buzlaqlarla hərəkət edən De Lonq Şərqi Sibir dənizidə öz adını verdiyi De-Lonq adalarını aşkarlayır. Bu adanı isə ekspedisiyaya maliyyə dəstəyi verən Kiçik Ceyms Qordon Bennettin şərəfinə adlandırır. Burada yerləşən burunlardan birinə öz arvadının adını verir. Üç aydan sonra De Lonq materikə çatmsğa cədh göstərir və Lena çayı hövzəsində həlak olur. thumb|450px Sonrakı araşdırmalar Edurad Vasileviç Toll 1899-cu ildə Arktika, Şərqi Sibir dənizi, Kara dənizi və Şimal Buzlu okeanın axınlarını örgənmək məqsədilə təşkil edilən ekspedisiya zamanı həyata keçirilir

1903-cü ilin yanvarında Elmlər Akademisiyası tərəfindən ekspedisiya təşkil edilir. Onlar 5 maydan 7 dekabra qədər yol qət edirlər. İlk əvvəllər "Ermak" buzqıran gəmisinin göndərilməsi planlaşdırılırdı. Bu ekspedisiyaya Aleksandr Kolçak rəhbərlik edirdi. 4 avqust 1903-cü ildə onlar Bennett adasına çatırlar və burada Tollun sənədlərini, alətlərini aşkarlayır. Toll adada 1902-ci ilin yayında olmuşdur. Buradan isə cənuba istiqamətlənir. Bunu anlayan Kolçak cənuba istiqamətlənir. 2 dekabr 1903-cü ildə materikə çatır. Ekspedisiya matrialları əsasında 1909-cu ildə "Kara və Sibir dənizlərinin buzları".

1914–1915-ci ildə Boris Vilkinski Şimal Dəniz yolunu qət edərkən Bannett adasındada olmuşdur.

Sovet Zooloqu S.M.Uspenski adada qədim insanların izlərini aşkarlamışdır.

1956-cı ildə Arktika institutunun üzvləri tərəfindən De Lonq buzlağında araşdırmalar aparmışlar.

1971-ci ilin iyulunda Bennett adasının yaxınlığından "Lelin" atom sualtı qayığı və "Vladivostok", dizel sualtı qayığı keçmişdir.

1987-ci ildə adada altı ay müddətində Sovet geoloji işlər aparılmış və vulkanik şrlfin təbiətini örgəndilər.

2003-cü ildə adaya hündüdlüyü 5 metr olan xaç abidəsi qoyulmuşdur. Kolçakın xilasedici ekspedisiyasının yüz illiyinə ucaldılmışdır.

2015-ci ilin sentyabr ayında Bannetta adasına hidroqrafik işlər məqsədilə bir qrup alim yan alır.

İstinadlar

Mənbə Bennett adasının şəkilləri Adada olan xaç abidəsi

Kateqoriya:Rusiya adaları Kateqoriya:De-Lonq adaları Kateqoriya:Yeni Sibir adaları Kateqoriya:Şərqi Sibir dənizi adaları Kateqoriya:Yeni Sibir adaları arxipelaqının adaları Kateqoriya:Yakutiyanın yaşayış olmayan adaları