Tupolev Tu-160 (NATO kod adı: Blackjack) səsdən sürətli və dəyişkən həndəsi quruluşa malik, Sovet İttifaqında istehsal edilən ən müasir strateji ağır bombardmançı təyyarəsidir. Quruluş olaraq Amerikan istehsalı Rockwell B-1 Lancerə oxşamaqla yanaşı ondan daha böyük, daha artıq daşıma tutumlu və sürətlidir. İstehsal edilmiş ən böyük döyüş təyyarəsidir. Tu-160 pilotları təyyarələrini manevr qabiliyyəti və əks etdirməyən ağ boyası görə "Ağ Qu quşu" adlandırırlar. Sovet İttifaqında 1987-ci ildə xidmətə alınmış və hal-hazırda Rusiya Hərbi Hava Qüvvələrində ən azı 16 ədədi də xidmət göstərir. Rusiya 2016-ci ildə Tu-160 istehsalına yenidən başlamağı düşünür. 14 ədəd əlavə təyyarə istehsal etmək planlaşdırılır.

İstifadəçilər

Rusiya Hərbi Hava Qüvvələri: 2008-ci ilin aprel ayına olan məlumata əsasən 16 ədəd (12-si döyüş, 4-ü təlim məqsədilə) Tu-160 istifadə olunurdu. 2015-ci ildə döyüşə hazır vəziyyətdə olan bu bombardmançıların sayı 11 olmuşdur.Karnozov, Vladimir. "In focus: Russian's next-generation bomber takes shape." Flight International, 15 oktyabr 2012. 2017-ci ildə Rusiya Federasiyası Ordu Generalı Yuri Borisovun dediyinə görə hazırda döyüşə hazır vəziyyətdə olan Tu-160 döyüş təyyarələrinin sayı 16 ədəddir və bu təyyarələrin modernizasiya olunması planlaşdırılır. Keçmiş istifadəçilər

Ukrayna Hərbi Hava Qüvvələri: Sovet İttifaqının süqutundan sonra 19 ədəd Tu-160 Ukrayna Silahlı Qüvvələrinin tabeçiliyində qalır, lakin 1999-cu ildə borcun ödənilməsi məqsədilə 8 ədəd Tu-160 Rusiyaya verilmişdir. Hazırda 1 ədəd Tu-160 döyüş təyyarəsi Poltava şəhərində yerləşən "Aviasiya Muzeyi"ndə saxlanılır.

Sovet Hərbi Hava Qüvvələri: 1991-ci ildə Rusiya və Ukraynaya təhvil verilib.

Xüsusiyyətləri 350px|right|Tu-160-ın proyeksiyası Ümumi göstəriciləri Ekipaj: 4 (pilot, co-pilot, bombardmançı, müdafiə sistemi üzrə zabit) Uzunluq: 54.1 metr Yüksəklik: 13.10 metr Qanad açıqlığı: 35.60 metr Boş çəki: 110,000 kq Maksimum qalxma ağırlığı: 275,000 kq Mühərrik: 4 Samara/trud NK-321 turbofan Uçuş məsafəsi: 15,000 km

Uçuş göstəriciləri Maksimum sürət: 2.05 mach (2,200 km/s) Xidmət tavanı: 14,700 metr Döyüş radiusu: 7,300 km Yüksəkliyə qalxma sürəti: 70 m/s Qanad yüklənməsi: 742 kq/m² Çəkmə gücü/çəki: 0.37

Həmçinin bax Tupolev Tu-95 Tupolev Tu-144 Rusiya Silahlı Qüvvələri

İstinadlar

Xarici keçidlər

Tu-160 page at GlobalSecurity.org External link to Tu-160 airbase Самолёт Ту-160 — историческая справка и основные сведения // Airforce.ru «По боевой эффективности Ту-160 превосходит американских конкурентов» // Газета.Ru, 18 dekabr 2016 Фотографии самолётов Ту-160 Фотографии Ту-160 // avia-mir.com Подробный walkaround Ту-160 // ScaleModels.ru

Kateqoriya:Rusiya aviasiyası Kateqoriya:Hərbi təyyarələr Kateqoriya:Tupolev təyyarələri Kateqoriya:Dördmühərrikli reaktiv təyyarələr Kateqoriya:SSRİ-nin strateji bombardmançıları