Taleh Bağırov, Taleh Bağırzadə və ya Hacı Taleh (tam adı: Taleh Kamil oğlu Bağırov; ) — azərbaycanlı ilahiyyatçı-din xadimi, ictimai-siyasi fəal.
Həyatı və fəaliyyəti Əslən İsmayıllının Lahıc qəsəbəsindəndir. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2005–2010-cu illərdə İranın Qum şəhərində dini təhsil alıb. 2010-cu ildən 2011-ci ilin mayınadək İraqın Nəcəf şəhərində dini təhsilini davam etdirib.
Dini təhsilini bitirib Azərbaycana döndükdən az sonra – Təhsil Nazirliyinin qarşısında "Hicab qadağasına yox!" aksiyasına qatıldığına görə həbs edilib. il yarıma yaxın məhbəsdə qaldıqdan 4 ay sonra yenidən həbs edilir.
O bu 4 ayda Azərbaycanın ayrı-ayrı rayonlarına gedərək dini moizələr oxuyub. Əyalətlərdə sonuncu belə moizəni Ağsu şəhərində şəxsi həyətlərin birində söyləyib. Həmin gün Ağsu polisinin ona şəhər məscidində moizə oxumağa imkan vermədiyi də söylənilir.
Sosial şəbəkələrdə və bəzi KİV-lərdə onun həbsinə səbəb kimi məscidlərdən birindəki və "YouTube"da yayılan moizəsi göstərilir. Hacı Taleh həmin moizəsində vurğulayırdı ki, onu həbslə öz yolundan döndərmək olmaz.
26 noyabr 2015-ci ildə Nardaran qəsəbəsində Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı həbs olunur.
25 yanvar 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 20 il azadlıqdan məhrum edilib.
2025-ci ildə "23 ilin işığında — Böyük İslam İnqilabının izahı" adlı Quran təfsiri dərc edilib.
Şəxsi həyatı Evlidir, 4 oğlu var.
İstinadlar
Mənbə
Xarici keçidlər
Kateqoriya:Hacılar Kateqoriya:Azərbaycan müsəlmanları Kateqoriya:Azərbaycan islamçıları Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər