Tigin Darxan (yak. Тыгын Дархан) — Saxa xalq qəhrəmanı, toyon.

Həyatı XVI əsrdə Saxanın Tuymada qəsəbəsində doğulmuşdu. Munnan Darxanın oğlu idi. Atasının ölümündən sonra tunqusları məğlub etmiş, Lena çayının sahilinədək Yakutiyanı birləşdirmişdi. Hökmdarlığının son dövründə Yenisey kazaklarının hücumuna uğrayan Tigin Darxan 1632-ci ildə ölmüşdür.

Ailəsi Ölümündən sonra oğullarına knyaz titulu verilərək dvoryan sinfinə daxil edilmişdi. Oğulları: Beceke Ekurey Çallay Usun Oyun 1642-ci ildə Tiginin oğulları üsyana başladı və 700 nəfər əsgərlə yığaraq Yakutsk şəhərini mühasirəyə aldılar. Lakin toyonlar arasındakı anlaşmazlıq mühasirənin götürülməsinə səbəb oldu. May-İyun aylarında, buzların açılmasından sonra Yakutsk kazaklarının komandanı Pyotr Qolovin əks-hücuma keçərək üsyançıları məğlub etdi və Tiginin oğullarını diri-diri yandırdı. Bu əməllərinə görə isə çar Mixail Romanov tərəfindən cəzalandırıldı.

Kateqoriya:Saxa tarixi Kateqoriya:XVII əsr Asiya hökmdarları