Səngəçal buxtası - inzibati cəhətdən Bakı şəhəri Qaradağ rayonun Qobustan qəsəbəsi ərazisinə daxildir. Körfəz iqtisadi baxımdan əlverişli bölgədə yerləşir. Körfəzin sahilindən Ələt-Astara avtomobil yolu, Biləcəri-Ağstafa dəmir yolu keçir. Üstəlik mühüm neft və qaz kəmərlərinə yaxındır. Buxta cənubdan Səngəçal burnu ilə əhatələnir. Sahilində 2001-ci ildə Səngəçal qəsəbəsi yaxınlığında dünyadakı ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalı inşa edilmişdir. İstinadlar

Kateqoriya:Azərbaycan körfəzləri Kateqoriya:Xəzər dənizi körfəzləri Kateqoriya:Asiya körfəzləri Kateqoriya:Buxtalar