Çempionlar Liqasının 2015/2016 sezonu UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 61-ci mövsümü və turnirin adı "Çempion Klublar Kuboku" ilə "UEFA Çempionlar Liqası" dəyişdirilməsindən sonra 24-cü sezonu idi. Barselona sabiq çempion idi, lakin dörddəbir finalda Atletiko Madridə uduzduqdan sonra, onlar turniri tərk etməli oldular.

2016 UEFA Çempionlar Liqasının finalı İtalyanın Milan şəhərində, San Siro stadionununda Real Madrid və Atletico Madrid klubları arasında keçirilmişdi."Çempionlar Liqasının 2016/17 mövsümünün finalı bu stadionda keçiriləcək" Oxu.az Mənbə 25 iyul 2016 Bu turnirin tarixində ikinci dəfə idi ki, hər iki finalçı eyni şəhəri təmsil edirdi, ilk dəfə belə hadisə turnirin 2014-cü il mövsümündə məhz elə bu komandalar arasında baş vermişdi. Real Madrid Ateltiko Madridi penalti seriyasında 5 – 3 qalib gəldikdən sonra (əsas vaxt 1:1 bitmişdir), 11-ci dəfə bu trofeyə sahib olmağa bacarmışdı.

Qələbədən sonra Real Madrid UEFA-nın təmsilçisi kimi Yaponiyada keçirilən FİFA Klublararası Dünya Kuboku 2016-da və UEFA Avropa Liqası 2015/2016 mövsümünün qalibi Sevilya komandası ilə 2016 UEFA Superkuboku turnirlərində iştirak etmək hüququnu qazandı.Real Madrid play Sevilla in UEFA Super Cup" . UEFA.com. 29 may 2016.

Format dəyişiklikləri UEFA İcraiyyə Komitəsi may ayı 2013-cü ildə keçirtdiyi toplantıda 2015–16 mövsümündən başlayaraq UEFA Çempionlar Liqasında aşağıdakı dəyişiklikləri təsdiqlədi (2017–18 mövsümünə qədər üçillik sezon üçün):"Added bonus for UEFA Europa League winners" . UEFA.org. Union of European Football Associations Ötən UEFA Avropa Liqasının qalibi bu ildən avtomatik olaraq UEFA Çempionlar Liqasının ən azı pley-off mərhələsində iştirak etmək hüququnu qazanacaq. Bir assosiasiyadan iştirak edə biləcək klubların sayı 5-ə çatdırıldı. Bu ona görə edildi ki, əgər Çempionlar Liqasının yada Avropa Liqasının qalibi ilk üçlükdə olan assosiasiyadandısa (qaliblərin hər ikisi eyni assosiasiyadan olmamaq şərti ilə) və onlar öz ölkəsinin çempionatında ilk dördlükdə olmazsalar, ölkə çempionatında dördüncü yeri tutan klubun turnirdə iştirak etmək hüququ əlindən alınmıyacaq. Lakin hər iki UEFA turnirin qalibi ilk üçlükdə olan eyni assosiasiyadan olarsa və onlar öz ölkəsinin çempionatında ilk dördlükdə olmazsalar, ölkə çempionatında dördüncü yeri tutan klub Avropa Liqasının qrup mərhələsində iştirak etməli olacaq."UEFA Access List 2015/18 with explanations"  (PDF). Bert Kassies.

İştirakçılar 2015/16 Çempionlar Liqası turnirində 53 UEFA assosiasiyalarından 78 komanda iştirak edirdi (ölkə çempionatını təşkil etməyən Lixtenşteyn istisna olmaqla). Yerlərin sayı 2013/2014-cü illər avrokuboklar mövsümündən sonra UEFA-nın əmsallar cədvəlinə əsasən təyin olunur.Regulations of the UEFA Champions League 2015/16 Season . UEFA.com (20 April 2014).

Belə ki 2015/2016 mövsümündə yerlər aşağıdakı tərzdə bölünür İlk üçlükdə olan assosiasiya: 4 komanda 4–6-cı yerləri bölüşdürən assosiasiyalar: 3 komanda 7–15-ci yerləri bölüşdürən assosiasiyalar: 2 komanda 16–54-cü yerləri bölüşdürən assosiasiyalar (Lixtenşteyndən başqa): 1 komanda 2014/15 mövsümündə həm UEFA Çempionlar Liqasını qazanana, həm də UEFA Avropa Liqasının qalibinə, öz çempionatlarında ilk dördlükdə qərarlaşmasından asılı olmayaraq, avtomatik iştirak etmək hüququ verilmişdir. Hər iki UEFA turnirlərin qaıibi eyni assosiasiyadan olarsa və çempionatlarında ilk dördlükdən kənarda qalarsa, onda çempionatın 4-cü yerin sahibi Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanır, çünki Çempionlar Liqasında bir assosiasiyadan ən çox 5 komanda iştirak edə bilər."How the Europa League winners will enter the Champions League" . UEFA.com. Union of European Football Associations. 27 February 2015. Bu sezon üçün: UEFA Çempionlar Liqası 2014/2015 mövsümünün qalibi Barselona öz çempionatında tutduğu yer saəsində turnirə vəsiqə qazandı, və kluba avtomatik iştirak etmək hüququ lazım olmadı. UEFA Avropa Liqası 2014/2015 mövsümünün qalibi Sevilya öz çempionatında ilk dördlükdə yer almadığından, klub avtomatik iştirak etmək hüququnu istifadə etdi, beləcə İspaniya Çempionlar Liqasının 2015/16 mövsümündə 5 komanda ilə təmsil olundu.

Assosiasiyaların reytinqi Futbol assosiasiyalarının reytinqi və müvafiq olaraq ölkələr arasında UEFA Çempionlar Liqası 2015/16-da yer bölüşdürülməsi UEFA əmsallar cədvəlinə əsasən formalaşır. O cədvəldə klubların 2009/2010 mövsümündən 2013/2014-ə qədər rəsmi Avropa klub yarışlarında etdikləri çıxışlar nəzərə alınır.UEFA Country Ranking 2014 . Bert Kassies.

Əmsallar əsasında bölüşdürülmə ilə yanaşı, assosiasiyalardan əlavə komandalar iştirak edə bilər, onlar aşağıda göstərildiyi kimi qeyd olunur: (AL) — Avropa Liqasının qalibi üçün əlavə yer YerFutbol FederasiyasıƏmsalKomandaQeyd1 İspaniya97.71342 İngiltərə84.7483 Almaniya81.6414 İtaliya66.93835 Portuqaliya62.2996 Fransa56.5007 Rusiya46.99828 Hollandiya44.3129 Ukrayna40.96610 Belçika36.30011 Türkiyə34.20012 Yunanıstan33.60013 İsveçrə33.22514 Avstriya30.92515 Çexiya29.35016 Rumıniya27.257117 İzrail26.87518 Kipr23.250YerFutbol FederasiyasıƏmsalKomandaQeyd19 Danimarka21.300120 Xorvatiya19.62521 Polşa18.87522 Belarus18.62523 Şotlandiya16.56624 İsveç16.32525 Bolqarıstan15.62526 Norveç14.27527 Serbiya14.12528 Macarıstan11.62529 Sloveniya11.00030 Slovakiya11.00031 Moldova10.37532 Azərbaycan10.37533 Gürcüstan9.87534 Qazaxıstan8.25035 Bosniya və Herseqovina7.50036 Finlandiya7.175YerFutbol FederasiyasıƏmsalKomandaQeyd37 İslandiya6.750138 Latviya6.25039 Monteneqro6.00040 Albaniya5.50041 Litva5.25042 Makedoniya5.25043 İrlandiya5.12544 Lüksemburq4.87545 Malta4.83346 Lixtenşteyn4.500047 Şimali İrlandiya3.625148 Uels3.00049 Ermənistan2.87550 Estoniya2.87551 Farer adaları2.12552 San Marino0.99953 Andorra0.83354 Cəbəli-Tariq0.000

Mərhələlər üzrə komandların bölüşdürülməsi İlkin bölüşdürmə sxeminə görə"UEFA Champions League Access List 2015/16". UEFA.com. Union of European Football Associations. Archived from the original on 2016–04–04. Çempionlar Liqasının son qalibi öz iştirakını bir başa qrup mərhələsindən başlayır. Çempionlar Liqasının 2014/15 mövsümünün qalibi Barselona İspaniya çempionu olaraq qrup mərhələsinə vəsiqə qazandığı üçün, turnirin reqlamentinə əsasən onun yerini 2014/15 Avropa Liqasının müzəffəri Sevilyaya verildi."Access list 2015/2016" . Bert Kassies."Who is in Champions League and Europa League?" . UEFA.com. Union of European Football Associations. 7 June 2015. Bu mərhələdən mübarizəyə başlayan komandalarƏvvəlki mərhələni aşan komandalar Birinci təsnifat mərhələsi (8 komanda) 47–54-cü yerlərdə olan assosiasiyaların 8 çempionu İkinci təsnifat mərhələsi (34 komanda) 16–46-cı yerlərdə olan assosiasiyaların 30 çempionu (Lixtenşteyndən başqa) Birinci təsnifat mərhələsinin 4 qalibi Üçüncü təsnifat mərhələsi Çempionların təsnifatı (20 komanda) 13–15-ci yerlərdə olan assosiasiyaların 3 çempionu İkinci təsnifat mərhələsinin 17 qalibi2–4-cü yerləri tutmuş komandaların təsnifatı (10 komanda) 7–15-ci yerlərdə olan assosiasiyaların 9 gümüş mükafatçıları 6-cı yerdə olan assosiasiyanın 1 bürünc mükafatçasıPlay-off roundÇempionların təsnifatı (10 komanda) Üçüncü təsnifat mərhələsinin 10 qalibi (Çempionların təsnifatı)2–4-cü yerləri tutmuş komandaların təsnifatı (10 teams) 4–5-ci yerlərdə olan assosiasiyaların 2 gümüş mükafatçıları 1–3-cü yerlərdə olan assosiasiyaların dördüncü yeri tutmuş 3 komanda Üçüncü təsnifat mərhələsinin 5 qalibi (2–4-cü yerləri tutmuş komandaların təsnifatı)Qrup mərhələsi (32 komanda) 1–12-ci yerlərdə olan assosiasiyaların 12 çempionu 1–6-cı yerlərdə olan assosiasiyaların 6 gümüş mükafatçıları 1–3-cü yerlərdə olan assosiasiyaların 3 bürünc mükafatçıları Avropa Liqasının qalibi Pley-off mərhələsinin 5 qalibi (Çempionların təsnifatı) Pley-off mərhələsinin 5 qalibi (2–4-cü yerləri tutmuş komandaların təsnifatı)Pley-off (16 komanda) Qrup mərhələsində birinci yeri tutan 8 komanda Qrup mərhələsində ikinci yeri tutan 8 komanda

Klublar Mötərizədəki yazı komandanın öz çempionatında son mövsümündə tutduğu yeri göstərir (son Avropa Liqasının qalibi Sevilya istisna olmaqla; SQ- Son Çempionlar Liqasının Qalibi, AÇ-son Avropa Liqasının Çempionu):"2015/16 UEFA Champions League participants". UEFA.com. Union of European Football Associations. 18 June 2015. Archived from the original on 2016–01–28.Список участников Лиги чемпионов 2015/16. UEFA.com. Qrup mərhələsi BarselonaSÇ (1) Bayern Münhen (1) Portu (2) Gent (1) Real Madrid (2) Volfsburq (2) Paris Sen-Jermen (1) Qalatasaray (1) Atletiko Madrid (3) Borussiya Münhenqladbax (3) Lion (2) Olimpiakos (1) Çelsi (1) Yuventus (1) Zenit (1) Sevilya (AÇ) Mançester Siti (2) Roma (2) PSV (1) Arsenal (3) Benfika (1) Dinamo Kiyev (1)Pley-offÇempionların təsnifatı2–4-cü yerləri tutmuş komandaların təsnifatı Valensiya (4) Bayer Leverkusen (4) Sportinq Lissabon (3) Mançester Yunayted (4) Latsio (3)Üçüncü təsnifat mərhələsiÇempionların təsnifatı2–4-cü yerləri tutmuş komandaların təsnifatı Bazel (1)Monako (3) Brügge (2) Rapid Vyana (2) Red Bull Zalsburq (1) ÇSKA Moskva (2) Fənərbaxça (2) Sparta Praqa (2) Viktoriya Plzen (1) Ayaks (2) Panatinaykos (2) Şaxtyor Donetsk (2) Yanq Boys (2)İkinci təsnifat mərhələsi Styaua Buxarest (1) Malmö FF (1) Qarabağ (1) Skenderbu Korça (1) Makkabi Tel-Əviv (1) Ludoqorets Razqrad (1) Dila Qori (1) Jalgiris Vilnyus (1) APOEL (1) Molde (1) Astana (1) Vardar (1) Midtyullann (1) Partizan (1) Sarayevo (1) Dandolk (1) Dinamo Zaqreb (1) Videoton (1) HJK (1) Fola (1) Lex Poznan (1) Maribor (1) Styarnan (1) Hibernians (1) BATE (1) Trençín (1) Ventspils (1) Seltik (1) Milsami Orhey (1) Rudar Plevlya (1)Birinci təsnifat mərhələsi Kruseyders (1) Pünik (1) B36 Tórshavn (1) Santa Koloma (1) Nyu Seynts (1) Levadiya (1) Folgore (1) Linkoln (1)

Püşkatmanın və oyunların tarixləri Bütün püşkatma prosedurları İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında keçirilmişdi (qeyd olunanlardan başqa).Лига чемпионов-2015/16: вся информация. UEFA.com."2015/16 Champions League: teams, draws, matches" . UEFA.com. Union of European Football Associations."UEFA European Football Calendar 2015/2016" . Bert Kassies. Mərhələ Raund Püşkatma Birinci oyun Cavab qarşılaşma Təsnifat Birinci raund 22 iyun 2015-ci il 30 iyun — 1 iyul 2015-ci il 7–8 iyul 2015-ci il İkinci raund 14–15 iyul 2015-ci il 21–22 iyul 2015-ci il Üçüncü raund 17 iyul 2015-ci il 28–29 iyul 2015-ci il 4–5 avqust 2015-ci il Pley-off Pley-off raundu 7 avqust 2015-ci il 18–19 avqust 2015-ci il 25–26 avqust 2015-ci il Qrup mərhələsi Birinci tur 27 avqust 2015-ci il (Monako) 15–16 sentyabr 2015-ci il İkinci tur 29–30 sentyabr 2015-ci il Üçüncü tur 20–21 oktyabr 2015-ci il Dördüncü tur 3–4 noyabr 2015-ci il Beşinci tur 24–25 noyabr 2015-ci il Altıncı tur 8–9 dekabr 2015-ci il Pley-off1/8 final14 dekabr 2015-ci il16–17 и 23–24 fevral 2016-cı il8–9 и 15–16 mart 2016-cı il 1/4 final 18 mart 2016-cı il 5–6 aprel 2016-cı il 12–13 aprel 2016-cı il Yarımfinal 15 aprel 2016-cı il 26–27 aprel 2016-cı il 3–4 may 2016-cı ilFinal 28 may 2016-cı il San Siro stadionunda, Milanda

Təsnifat mərhələləri

Birinci təsnifat mərhələsi Birinci və ikinci təsnifat mərhələlərin püşkü 22 iyun 2015-ci ildə keçirilmişdir."Draws — First and second qualifying rounds" . UEFA.com. Union of European Football Associations. Retrieved 22 June 2015"Qualifying round draws start road to Milan" . UEFA.com. Union of European Football Associations. 22 June 2015. Retrieved 22 June 2015. Birinci raundun ilk oyunları 30 iyun və 1 iyul, cavab qarşılaşmaları isə 7 iyul 2015-ci ildə keçirilmişdir. Birinci komanda Yekun hesab İkinci komanda 1-ci oyun 2-ci oyun Linkoln 2–1 Santa Koloma 0–0 2–1 Kruseyders 1–1 (səfərdə vurulan qollar saəsində) Levadiya Tallin0–0 1–1 Pünik 4–2 Folgore 2–1 2–1 B36 Torshavn 2–6 Nyu Seynts 1–2 1–4

Linkoln futbol klubu UEFA yarışlarında mərhələ keçən ilk Cəbəli-Tariq komandası oldu.

İkinci təsnifat mərhələsi İkinci raundun ilk oyunları 14 və 15 iyul, cavab qarşılaşmaları isə 21 və 22 iyul 2015-ci ildə keçirilmişdir.