Hadisələr 23 yanvar — Bervaldda Fransa ilə İsveç arasında Otuz illik müharibə zamanı qarşılıqlı öhdəliklərin müəyyən edilməsi haqqında müqavilə imzalanması. 3 aprel — Otuz illik müharibənin gedişində İsveç kralı Qustav II Adolf tərəfindən Frankfurtun işğal edilməsi. 13 aprel — Otuz illik müharibənin gedişində İsveç ordusu ilə Müqəddəs Roma imperiyasının ordusu arasında baş verən döyüşdə Branderburq ərazisində mühüm strteji məntəqələrdən biri olan Frankfurt na-Oderin iki günlük mühasirədən sonra şəhərin İsveç qoşunları tərəfindən tutulması. 30 may — Avropada müasir standartlara cavab verən ilk qəzetin — fransız "La Gazette" qəzetinin ilk nömrəsinin çap olunması. 22 iyul — Otuz illik müharibənin gedişində İsveç ordusu ilə Müqəddəs Roma imperiyasının ordusu arasında Verben yaxınlığında döyüş baş verməsi. Çinin Şensi əyalətini əhatə edən üsyanın yatırılması üçün imperatorun əmri ilə digər əyalətlərdən əlavə qüvvələr göndərilməsi. İrbit şəhərinin əsasının qoyulması. Osmanlı İmperiyasının paytaxtı İstanbulun böyük bir qisminin məhv olduğu Böyük Yanğının baş verməsi.

Doğumlar 7 dekabr — ingilis şairi, dramaturqu, tənqidçisi — Con Drayden

Ölümlər Mümtaz Mahal Səfiquli xan