Cənubi Sendviç adaları () — Subantarktika qurşağında, Atlantik okeanın cənubunda yerləşən arxipelaq. Cənubi Georgiya adasından 570 km cənub-şərqdə yerləşir. Arxipelaq 11 vulkan məşəlli kiçik ada, çoxlu sayda adacıqlar və qayalıqlardan ibarətdir. Arxipelaq rayonunu bəzən Cənub okeanına aid edirlər. Skotia dənizinin şərq sərhəddi hesab edilir.
İnzibati cəhətdən Britaniya dəniz ərazilərinin Cənubi Georgiya və Cənubi Sendviç adaları ərazisinə daxil edilir. Folklend adaları və Cənubi Georgiya ilə birlikdə Argentina tərəfdən ərazi iddiası qaldırılmışdır. Argentina bölgəni öz ərazisi hesab edir.
Ümumi məlumat Arxipelaq 310 km² sahəyə malikdir. Çoxu vulkan məşəllidir. Monteqyo adası arxipelaqın ən böyük adasıdır. Adada arxipelaqın ən hündür nöqtəsi olan Belinda dağı (1372 m) yerləşir. Adalar dağlıqdır və il boyu buzlaqlarla örtülü olur (bir qismi). Arxipelaqın yazınlığından Cənubi Sandviç novu keçir. Arxipelaqın özü isə Cənubi Antil silsiləsinin bir hissəsidir.
Subntarktik qurşaqda yerləşir. Küləklər il boyu müşahidə edilir. Temperatur il boyu 0°-dən aşağı olur. Çiçəkli bitkilərə rast gəlinmir. Burada ancaq Mamır və Şibyələrə rast gəlinir. Daimi sakinləri quşlar (pinqvin) və suitilərdir.
Arxipelaqa daxil adaların siyahısı: thumb|287px|right|Cənubi Sandviç adaları № Ada (az.) Ada (en.) Sahə,km² Hündür nöqtə,m Koordinat Traverse arxipelaqı (Traversay Islands)1 Protektir Şol (Sualtı dağ) Protector Shoal — - 2 Zavadovski adası Zavodovski Island Askinsiya dağı 3 Leskov adası Leskov Island Radder-Poynt 4 Vısoki adası Visokoi Island Hodson dağı Keyndlmas adaları (Candlemas Islands)5 Keyndlmas Candlemas Island (исп.) Andromed dağı 6 Vindikeyşen Vindication Island (isp.) Kuadrant Mərkəzi adalar (Central islands)7 Saunders adası Saunders Island Maikl dağı 8 Monteqyo Montagu Island (isp.) Beinda dağı 9 Bristol adası Bristol Island (isp.) Darnli dağı Cənubi Tule (Southern Thule)10 Bellinshauzen adası Bellingshausen Island Basilisk dağı 11 Kuk adası Cook Island Harmer dağı 12 Tule Thule Island Larsen dağı 13 Vysokaya Bank Vysokaya Bank — — Bütün Belinda
Tarixi Arxipelaqın ilk dəfə kim tərəfindən kəşf olunması məlum deyildir. Arxipelaq haqqında ilk məlumatı Ceyms Kukun ekspedisiyası vermişdir. Onlar arxipelaqı Sandviç adlandırmışlarСловарь современных географических названий. Южные Сандвичевы острова . 1819-cu ildə adalar Mixail Petroviç Lazarev və Faddey Bellinshauzenin ekspedisiyası tərəfindən araşdırılır.
Əhalisi Daimi əhalisi yoxdur, yalnız yay ayları elmi məqsədlər üçün adada olurlar.
Maraqlı fakt Tule adası geoloji cəhətdən Antarktidaya aid edilsədə bəzən Cənubi Amerikaya daxil edilir. Beləliklə ada öz bölgəsinin ən ucqar cənub nöqtəsini təşkil edir.
İstinadlar
Kateqoriya:Mübahisəli ərazilər Kateqoriya:Cənubi Sandviç adaları Kateqoriya:Vulkanik qövsvari adalar Kateqoriya:Atlantik okeanın yaşayış olmayan adaları Kateqoriya:Yaşayış olmayan arxipelaq