Aksidensiya [ ; — təsadüfi yaranan] – yunan dilinə () Aristotel tərəfindən gətirilmiş və əşyanın mühüm, daimi, substansional olandan (substansiya) fərqli müvəqqəti, keçici, qeyri mühüm xassəsini nəzərdə tutan fəlsəfi termindir. Aksidensiya termini fəlsəfə tarixi boyunca fəqli mənalarda işlədilmişdir. Azərbaycan dilində aksidenisya termini əvəzinə daha çox tarixən "ərəz" termini işlənilirdi. Görkəmli Azərbaycan filosofu Bəhmənyar aksidensiyanı "əl-arad" adlandırmışdır (bunun əksi olan substansiyanı isə "əl-cəuhər").Zeynəddin Hacıyev. Fəlsəfə. Bakı, 2012, s.60 Bu anlamda aksidensiya nisbətən, yeni, modern bir termindir və avropa mənşəli hesab olunur. Aksidensiya termini xristian fəlsəfəsində çox böyük əhəmiyyət daşıyır. İstinadlar

Mənbə Adilə Nəzərova, “Fəlsəfə terminlərinin izahlı lüğəti”

Kateqoriya:Fəlsəfə Kateqoriya:Fəlsəfi terminlər Kateqoriya:Yunan dilində sözlər və ifadələr Kateqoriya:Xristian terminologiyası Kateqoriya:Ontologiya Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi anlayışları