Matxaf: Ərəb Müasir İncəsənət Muzeyi () — Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Doha şəhərində yerləşən müasir incəsənət muzeyi. Muzeyin sahəsi 5 500 kv. metrə yaxındır. Muzey Doha Təhsil şəhərinin tərkibində tikilmiş köhnə məktəb binasında yerləşir.

Tarix Matxaf: Ərəb Müasir İncəsənət Muzeyi 30 dekabr 2010-cu ildə Sacil (Sajjil) adı altında nümayiş etdirilən sərgi ilə açılmışdır. Ərəb dilində "qeydlər aktı" mənasını ifadə edən bu sərgidə son 100 ildə ərəb incəsənətinin məcmusu nümayiş etdirilmişdir. Muzeydə eyni zamanda 5 müasir aparıcı ərəb rəssamının: Dia Azzavinin, Farid Beikaxinin, Əhməd Navarın, İbrahim əl-Salahinin ə Hassan Şərifin yeni əsərlərindən ibarət Tədbir (Interventions) adlandırılan sərgi və 23 müasir ərəb rəssamının yeni əsərlərindən ibarət Told/Untold/Retold adlandırılan sərgi də nümayiş etdirilmişdir. Matxafda növbəti böyük sərgi (Cai Guo-Qiang: Saraab) 5 dekabr 2011-ci il tarixdən 26 may 2012-ci ilədək olan müddətdə təşkil olunmuşdur. Cai Guo-Qiang: Saraab sərgisində tanınmış Çin rəssamı Tsay Qotsyanın 17 yeni əsəri də daxil olmaqla 50-dən artıq əsəri nümayiş etdirilmişdir.

Kolleksiyası Muzeydə 1840-cı illərdən müasir dövrədək olan nadir və islam incəsənətinin inciləri sayıla biləcək əsərlər də daxil olmaqla müasir incəsənətə aid 6 000-dən çox eksponat vardır. Əvvəllər Qətərin Foundation fondunun rəhbəri şeyx Hassan bin Mohamed bin Ali AL-Taniyə hədiyyə edilmiş bu kolleksiya sonralar Qətərin Authority muzeyinə təhvil verilmişdir. Qətər əmirinin qızının sözləri ilə desək, "Matxaf: Ərəb Müasir İncəsənət Muzeyinin açılışı ilə biz Qətəri müasir dövrün və bizim öz dövrümüzün ərəb rəssamlarının yaradıcılığını görmək, öyrənmək və müzakirə etmək imkanı yaradılan bir məkana çevirdik"

Qalereya

İstinadlar

Xarici keçid Qatar Museums Authority Art Daily Арабский музей современного искусства в Катаре Статья на сайте economist.com

Kateqoriya:Qətər muzeyləri Kateqoriya:Müasir incəsənət muzeyləri Kateqoriya:Əlifba sırasına görə muzeylər Kateqoriya:2010-cu ildə yaradılmış muzeylər