Emin Əzizov () — Azərbaycanı təmsil edən sərbəst güləşçi.
Karyerası Emin Əzizov 2006-cı ildə Rusiyada Avropa Çempionatını 12-ci, 2007-ci ildə Bolqarıstanda Avropa Çempionatını isə 5-ci pillələrdə başa vurdu.
2008-ci ildə Emin Əzizov Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin ilin iyununda Qızıl Qran-Pri beynəlxalq turnirini gümüş medalla başa vuran Emin Əzizov avqustda olimpiadada mübarizə apardı.
Emin Əzizov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil etdi. Olimpiadanın təsnifat mərhələsində Emin Əzizov İsveçrə nümayəndəsi Gregori Sarrasin ilə üz-üzə gəldi. Həmin görüşün birinci hissəsində rəqibinə 1:0 hesabı ilə qalib gələn Emin Əzizov növbəti hissədə rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Qazaxıstan nümayəndəsi Leonid Spiridonov oldu. Həmin görüşdə Emin Əzizov rəqibinə 0:2 (0:2, 0:2) hesabı ilə məğlub oldu. Rəqibi final görüşünə vəsiqə qazanmadığına görə Emin Əzizov təsəlliverici qrupda da mübarizə aparmadı və olimpiadanı 12-ci pillədə başa vurdu.
Bundan sonra o, nüfuzlu beynəlxalq turnirlərdə uğurlara imza ata bilmədi. Emin Əzizov 2009-cu ildə Qızıl Qran-Pri beynəlxalq turnirini 20-ci pillədə, 2010-cu ildə Qızıl Qran-Pri beynəlxalq turnirini gümüş medalla, 2011-ci ildə Qızıl Qran-Pri beynəlxalq turnirini isə 12-ci pillədə başa vurdu.
2012-ci ildə Emin Əzizov Kiyev Turnirini 10-cu, Avropa Çempionatını 8-ci pillələrdə, Qızıl Qran-Pri beynəlxalq turnirini isə gümüş medalla başa vurdu.
2013-cü ildə İranda Taxti Cup beynəlxalq turnirini 12-ci, Polşada Poland Open beynəlxalq turnirini 8-ci, Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirini 8-ci pillələrdə başa vuran Emin Əzizov, 2014-cü ildə Yaşar Doğununun Turnirinin gümüş medalına sahib oldu, Əli Əliyev Turnirini isə 12-ci pillədə başa vurdu. İyulda Qızıl Qran-Pri beynəlxalq turnirinin gümüş medalına sahib olan Emin Əzizov, 30 yaşında idmanla vidalaşdı.
Nəticələri SıraİlYarışEv sahibiNəticə12006Avropa Çempionatı Rusiya12.22007Avropa Çempionatı Bolqarıstan5.32008Avropa Çempionatı Finlandiya3.4Qızıl Qran-Pri Azərbaycan2.5Olimpiya Oyunları Çin12.62009Qızıl Qran-Pri Azərbaycan20.72010Qızıl Qran-Pri Azərbaycan2.82011Qızıl Qran-Pri Azərbaycan12.92012Kiyev Turniri Ukrayna10.10Avropa Çempionatı Serbiya8.11Qızıl Qran-Pri Azərbaycan2.122013Taxti Cup İran12.13Poland Open Polşa8.14Qızıl Qran-Pri Azərbaycan8.152014Yaşar Doğu Turniri Türkiyə2.16Ə. Əliyev Turniri Rusiya16.17Qızıl Qran-Pri Azərbaycan2.
İstinadlar
Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri