Namiq Hacıheydərli () — Azərbaycan şairi, araşdırmaçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), AYB-nin Muğan bölməsinin yaradıcısı və ilk sədri (2008–2015).
Həyatı Namiq Hacıheydərli 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub. 1990-cı ildə Varlı kənd əsas, 1992-ci ildə Salyan rayonu Yolüstü kənd orta məktəbini bitirib və elə həmin ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub. Ali məktəbi 1997-ci ildə bitirib.
2024-cü il aprel ayının 27-də qəfil komaya düşdüyünə görə xəstəxanaya yerləşdirilib. Həmin gün vəfat edib.
Yaradıcılığı 1999-cu ildə Salyanın Qaraçala ərazisini əhatə edən "Dan yeri" Ədəbi Birliyini qurub. 2000-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Salyanda keçirilən təsis konfransında Muğan bölməsinin sədri seçilib.
Dünya Azərbaycanlılarının I Qurultayının, Azərbaycan Gənclərinin III Forumunun, Azərbaycan Yazıçılar Birliyinin XI Qurultayının, Krımın Yalta şəhərində keçirilən XIV Türk Dünyası Gənclik Günləri və Qurultayının və digər mühüm tədbirlərin iştirakçısıdır.
2010-cu ildə Türk Xalqları Mədəniyyət Vəqfinin Azərbaycan təmsilçisi seçilib.
Yaradıcılığı Türkiyədə, Rusiyada, Hollandiyada, Qazaxstanda və digər ölkələrdə çap olunub.
7 kitabın, yüzə qədər elmi, publisistik və pedaqoji məqalənin müəllifidir.
2015-ci ilin mayında Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədrliyindən bəyanatla istefa veribAzərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri istefa verdi
Mükafatları 2009-cu ildə "Vektor" Beynəlxalq Elm Mərkəzi tərəfindən "Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı"na layiq görülüb.
2013-cü ildə "Türk dünyasına xidmət ödülü"nə layiq görülüb.
2015-ci ilin avqust ayında türk dünyası ilə bağlı araşdırmalarına görə Türkiyə Sənət Platformu tərəfindən "2015 TÜRK DÜNYASI HİZMƏT ŞƏRƏF ÖDÜLÜ" ilə mükafatlandırılıb.
Kitabları Ey türk doğulan. Bakı: 2012 Səni tapan itirməz. Bakı. Söz sənindir. Bakı, "Vektor" Nəşrlər Evi, 2010. Dağ Kolanı dastanı. Bakı. Yaralı Azərbaycan. Bakı. Sözüm sənədi, tanrım. Bakı. Muğanın səsi. Bakı.
İstinadlar
Xarici keçidlər http://www.azadliq.org/content/article/24694741.html http://www.dgtyb.org/news/1111.html http://www.yalquzaq.com/?tag=namiq-haciheyd%C9%99rli
Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunları Kateqoriya:Salyan rayonunda doğulanlar