Turan Mirzəyev () — Azərbaycanı təmsil edən ağır atlet.

Karyerası Turan Mirzəyev Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə Turan Mirzəyev final mərhələsində 327.5 (147.5 + 180.0) nəticə göstərdi və olimpiadanı 9-cu pillədə başa vurdu.

Turan Mirzəyev 2001-ci ilin aprelində Trençin şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.

2003-cü ildə isə Turan Mirzəyev Yunanıstanda baş tutan Avropa Çempionatının gümüş, Kanadada baş tutan Dünya Çempionatının isə bürünc medallarına sahib oldu.

Daha sonra Turan Mirzəyev Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə Turan Mirzəyev final mərhələsində 332.5 (147.5 + 185.0) nəticə göstərdi və olimpiadanı 4-cü pillədə başa vurdu.

2008-ci ildə isə Turan Mirzəyev Azərbaycanı Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə Turan Mirzəyev final mərhələsində 327 (146 + 181) nəticə göstərdi və növbəti dəfə olimpiadanı 4-cü pillədə başa vurdu.

İstinadlar

Kateqoriya:Azərbaycanın kişi ağır atletləri Kateqoriya:Azərbaycanın olimpiya ağır atletləri Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında ağır atletlər Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında ağır atletlər Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında ağır atletlər Kateqoriya:Ağır atletika üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Ağır atletika üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:XX əsr Azərbaycan şəxsləri