Bəybabalar — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd.
Bu kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Ağdam rayonunun Xındırıstan bələdiyyəsinin ərazisinə aid edilib.
Tarixi Bəybabalar kəndi Qarabağ düzündədir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsinin əhalisi Beybaba adlı bir bəyin rəiyyətlərindən ibarət olduğu üçün belə adlandırılmışdır. Etnotoponimdir"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007..
İstinadlar
Kateqoriya:Ağdam rayonunun kəndləri