thumb|350px Lomonosov silsiləsi — Orta-Okean silsiləsinin tərkib hissəsinə daxil olan sualtı dağlar. Silsilə Şimal Buzlu okean daxilində yerləşir. Silsilə Mixail Lomonosovun şərəfinə adlandırılmışdır. Lomonosov silsiləsi demək olar ki, Şimal qütbündən keçir. Silsilə Yeni Sibir adalarından başlayaraq Kanada Arktik arxipelaqının tərkibinə daxil olan Elsmir adasına qədər uzanır. Onun uzunluğu 1800 km təşkil edir. Eni 60–200 km arasında dəyişir. Okean dibindən hündürlüyü 3300 – 3700 m arasında dəyişir. Səthə ən yaxın dərinliyi 954 metrdir. Silsilə 1948-ci ildə sovet alimləri tərəfindən aşkarlanmışdır.

Mənsubluğu haqqında mübahisə

2000-ci ildə Lomonoson silsiləsi insanların diqqətini cəlb etməyə başlayır. Səbəb isə artika ərazilərində sərhədlərin müəyyənləşdirilməsi olmuşdur. Rusiyaya aid materik şelf əraziləri 200 dəniz mili olaraq qiymətləndirilir. Lakin Rusiya bu fikiri qəbul etməyərək Mendeleyev silsiləsi ilə Lomonosov silsiləsi materik şelf ərazisi hesab edirdi. Bu fikir isə BMT Komisiyası tərəfindən inkar edilirdi. Bu rusları qane etmirdi, bu səbəbdən onlar ekspedisiya təşkil etməyə qərar verdilərArktikanın bölüşdürülməsi .

Rusiya kontinental şelf sərhədlərinin müəyyənləşdirilməsi üçün 10 may 2007 ildə ekspedisiya təşkil edir«Исследователи готовы „добавить“ России северных владений» , Морская коллегия при Правительстве РФ — Новости..

2004-ci ildə Danimarka Şimal Buzlu okean və Atlantik okeanın reylefini araşdırmaq üçün ekspedisiya təşkil edir. Hədəf isə Lomonosov silsiləsinin Qrenlandiyanın davamı olduğunu isbat etmək olmuşdurDenmark hopes to claim North Pole , BBC News, 5 October, 2004. .

2007-ci il araşdırmaları silsilənin materik məşəlli oduğunu isbat etmişdir (ruslara görə).

Payız 2010 ildə Kanadanın xariçi işlər naziri Con Bred 2013-ci ildə BMT Komisiyasına materik şelf zolağının genişlədirilməsi ilə əlaqədar müraciət edəcəyini bildirmişdir. Lomonosov silsiləsinin onun ölkəsinə mənsubluğunu bildirmişdir. O, Rusiyanın Arktikada mövcudluğunu böyük təhlükə hesab edirək bunla əlaqədar narahatlığını bildirmişdir«Kanada Rusiya ilə Arktika uğunda vuruşmaq istəyir » — Dni.ru 14:33 / 26.08.2014. Nazir ölkə üçün Artikanın vacib olduğunu bildirmiş və lazım gələrsə maraqlarımız naminə silaha əl atacağını bildirmişdir. İstinadlar

Mənbə Şimal Buzlu okeanın dib reylefi xəritəsi Текст Конвенции ООН по морскому праву (UNCLOS 1982) Lomonosov silsiləsi , Rusiya xəbərləri, 19-26 aprel 2006. Палеогеновые отложения хребта Ломоносова

Kateqoriya:Okean silsilələri Kateqoriya:Şimal Buzlu okean relyefi Kateqoriya:Mübahisəli ərazilər