right|300px|thumb|Yaponiyanın Antarktidada yerləşən stansiyalar Dome Fuci (, və ya ) — Antarktidanın Kraliça Mod Torpağı ərazisinin şərqində yerləşən buz silsiləsi üzərində yerləşir. Yaponiyaya məxsus qütb stansiyası koordinatlarda yerləşir.
Dəniz səviyyəsindən hündürlüyü 3810 metr təşkil edir. Bu stansiya Şərqi-Antarktika buz silsiləsinin üzərində yerləşən hündürlüyü yüksək olan ikinci stansiyadır.
İqlimi Stansiyanın yerləşdiyi ərazinin yüksəkliyi səbəbindən dünyanın ən soyuq bölgələrindən biridir. Yayda stansiyanın yerləşdiyi ərazidə yayda −30°S, qışda isə hətta −80°S qədər enir. Orta illik temperatur 54,3°S olur, bu göstərisi 3° Vostok stansiyasından isti göstəricidir. Əlçatmazlıq qütbündən isə 3,5° yuxarıdır. İyul ayında orta temperatur −74°S, dekabr və yanvar aylarında isə −35°S təşkil edir. Stansiya soyuq səhra ərazisində yerləşir. İllik yağıntının miqdarı cəmi 25 mm-dir. Yağıntı əsasən kristal buz şəklində düşür
8 dekabr 2013 ildə stansiya tərəfindən bir açıqlama verilmişdir. Bura deyilirdi ki, 3 avqust 2004-cü ildə stansiya Dünyada ən aşağı temperaturu qeydə almışdır. Bura havanın temperaturu −91,2°S təşkil etmişdir. Bu isə ən aşağı temperatur kimi qeydə alınan −89,6°S temperaturdan 2° aşağı olmuşdur. −89,6°S temperaturu Sovet alimləri tərəfindən Vostok stansiyasında 21 iyul 1983 ildə qeydə alınmışdır. Bununla belə bu temperaturun qeydiyyatı birbaşa deyil sputnikdən əldə edilmiş məlumatlar əsasında bildirilmişdir. Rusiya Antarktika ekspedisiyasının rəhbərliyi bu temperaturun ən aşağı temperatur kimi, qeydə alınmasını düzgün hesab etməmişlər.
Stansiya Fuci Antarktik stansiya ( 1995-ci ilin yanvarında ""Dome Fuci" müşahidə bazası" kimi (, təşkil edilmişdir. 1 aprel 2004-cü ildən isə ""Dome Fuci" stansiyası" adlandırılır. Stansiyanın coğrafi koordinatları: . Stansiyadan 1000 km aralıda Yaponiyanın "Şova" qütb stansiyası yerləşir. Ümumilikdə Yaponiyanın Antartidada 5 stsnsiyası fəaliyyət göstərir. Stansiya 3796 metr hündürlükdə yerləşməsi ilə dünyanın bü göstərici baxımından ikinci stansiyasıdır.
Qlyasioloji araşdırmalar 1995-ci ilin avqust ayından başlanan buzun qazilması 1996 ilin avqust ayına qədər davam etmişdir. Burada buzun qalınlığı 2503 m təşkil edir. Dib buzunun yaşı 340 min il qiymətləndirilir
İkinci dəfə buzun dərininə qazılması 2003-cü ildən başlanılır. Ancaq qazılmalar ancaq yay ayları aparıldığından dibə 2007 ildə çatılır. Bu dəfə dərinlik 3035,22 m təşkil edirdi. Dibdən çıxan buzun yaşı 720 min il olaraq qiymətlədirilir
İstinadlar
Mənbə Dome Fuji Deep Ice Coring Project Dome Fuji page of the World Data Center (WDC) for Paleoclimatology, contains downloadable data for the first core National Institute of Polar Research, Tokyo, Japan Institute of Low Temperature Science, Sapporo, Japan COMNAP Antarctic Facilities COMNAP Antarctic Facilities Map
Kateqoriya:Qütb stansiyaları Kateqoriya:Yapon Antarktika Proqramı